Modern.az

Azərbaycanın qeyri-neft məhsullarının xaricə satışı ARTIB

Azərbaycanın qeyri-neft məhsullarının xaricə satışı ARTIB

19 İyun 2019, 11:04

“Bu ilin 5 ayında Azərbaycanda qeyri-neft ixracı 17,8 faiz artıb”.

 

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycanda İxracın və İnvestisiyaların Təçviqi Fondunun (AZPROMO) fəaliyyətinə, “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair mətbuat konfransında bildirib.

 

R.Məmmədov qeyd edib ki, bu ilin 5 ayında qeyri-neft sənayesi 15,6 faiz artıb: "Ölkədə sənaye parklarında olan rezidentlərin 267 milyon manatlıq məhsulu xarici bazarlara ixrac olunub. Bu rəqəm artacaq, çünki rezidentlər xarici işgüzar əlaqələrini genişləndirirlər. Bu ilin 5 ayı ərzində ticarət dövriyyəsi 28,8 faiz artıb. Bu gün Azərbaycanın 174 ölkə ilə ticarət əlaqəsi var".

 

Nazir müavinin sözlərinə görə, bu il kənd təsərrüfatı məhsulları və qida məhsullarının ixracında 37,6 faiz artım qeydə alınıb:

 

“Azərbaycandan 2 166 adda məhsul xarici bazarlara ixrac olunur. Bu ilin 5 ayı ərzində xarici ticarət əməliyyatları aparan iş adamlarının sayı 18400-ə çatıb. Bu isə ötən ilin 5 ayı ilə müqayisədə 74 faiz artım deməkdir".

 

R.Məmmədov qeyd edib ki, bu ilin sonuna Qazaxıstanın Nursultan şəhəri, Rusiya Federasiyasında şərab evləri açılacaq, eni zamanda Çinin bir neçə bölgəsində şərab evlərinin açılması istiqamətində danışıqlar aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi