Modern.az

Sənaye ixracında 11 milyon dollarlıq ARTIM

Sənaye ixracında 11 milyon dollarlıq ARTIM

Aktual

19 İyun 2019, 11:32

“2019-cu ilin 5 ayı ərzində sənaye ixracı 11 milyon dollar artıb”.

 

Modern.az xəbər verir ki, bunu AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyətinə, “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair mətbuat konfransında bildirib.

 

Y.Abdullayev qeyd edib ki, 2019-cu ilin əvvəlindən bu günə qədər geri ödənilən ixrac təşviqinin məbləği 5 mln 42 min manat olub:

 

“Beynəlxalq sərgilər və tədbirlərdə 3 mln ABŞ dolları dəyərində müqavilələr imzalanıb ki, bunun 1 mln dollarlıq məhsulu ixrac edilib. İstehsalın və ixracın dəstəklənməsi məqsədilə bu il 4 xarici ölkəyə 5 ixrac missiyası təşkil olunub. Car ilin ilk aylarında Azərbaycan ixrac missiyasını Çin, Polşa, Latviya və Qətərə səfər edib. 2019-cu ilin iyun və iyul aylarında isə İsveçrənin Sürix və Bern şəhərlərinə və Rusiyanın Yekaterinburq şəhərinə ixrac missiyası təşkil olunacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı