Modern.az

“Real Madrid” yeni rekorda imza atdı – 303 milyon avro xərcləyib

“Real Madrid” yeni rekorda imza atdı – 303 milyon avro xərcləyib

Dünya

19 İyun 2019, 12:34

Dünyanın ən zəngin futbol klublarından olan “Real Madrid”  yeni bir rekorda imza atıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, klub  komandaya oyunçu transferi əlaqədar olaraq 303 milyon avro xərcləyərək transferə ən çox pul xərcləyən komanda kimi ilk sırada dayanıb.

 

Qısa zaman ərzində komandaya 5 yeni üzv qəbul olunub. Onların içərsinidə ən çox pul  belçikalı futbolçu, “Çelsi” futbol komandasından transfer olan Eden Hazarda xərclənib.Belə ki, gənc futbolçunun transferi üçün klub 100 milyon avro məbləğində pul xərcləyib. Digər futbolçulara;  “Lyon” futbol komandasından Ferland Mendiyə 48 milyon, “Santos” komandasından 18 yaşlı Rodriqo Qoesə 45 milyon, “Frankfurt” komandasından Luka Joviç-ə 60 milyon, “Porto” komandasından  Eder Militaoya 50 milyon pul xərclənib.

 

Xatırladaq ki, futbol klubu indiyədək ən çox 2009-cu ildə xərcə düşmüşdü. Kriştiano Ronaldu transfer edilən il klub Kakaya 60, Kərim Benzemaya 35, Xabi Alonsoya 34,5, Raul Albiola 15, Alvaro Neqredoya 5, Alvaro Arbeloa ilə Esteban Qraneronın hərəsinə 4 milyon avro ödəməklə ümumilikdə 258,5 milyon avro xəcləmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir