Arxiv
19 İyun 2019, 12:39 | AKTUAL
Zakir Həsənov çağırış etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bu təhsil ocağının, Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin məzunları ilə görüşüb.

 

Bu haqda Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

 

Məzunlarla görüş ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsillərini müvəffəqiyyətlə başa vuraraq “leytenant” hərbi rütbəsi alan məzunları təbrik edən Müdafiə naziri qeyd edib ki, Azərbaycan Ordusunun hər bir zabiti rəhbərlik etdiyi hərbi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunda aparılan islahatlar barədə danışan Müdafiə naziri ordu quruculuğunda həyata keçirilən vacib tədbirləri, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb.

Həmçinin nazir vurğulayıb ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də dövlətimizin prioritet istiqamətlərindəndir.

 

Məzunlara tövsiyələrini çatdıran Müdafiə naziri bu şərəfli yolda onlara uğurlar arzulayaraq bildirib:

 

“Hər bir zabit Azərbaycançılıq ideologiyasına sadiq olmalı, şəxsi heyətə hörmət və qayğı ilə yanaşmalı, kollektivdə sağlam mühit formalaşdırmalıdır. Zabit kimi məsuliyyətli və şərəfli ad qazanmısınız, hər biriniz bu məsuliyyəti yaxşı dərk edib, inamlı xidmət etməlisiniz. Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməli, ordumuzun döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılması istiqamətində bilik və bacarığınızı səfərbər etməlisiniz. Azərbaycan iqtisadiyyatının inkişafının, ordumuzun müasir tələblər səviyyəsində qurulmasının, dünya standartlarına uyğun olan silah və texnika ilə təchizatının, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji vəziyyətinin yüksək olması Ali Baş Komandanın qayğısı ilə əhatə olunmasının nəticəsidir. Siz də öz nümunəvi xidmətinizlə Azərbaycan Ordusunun inkişafına töhfənizi verməli, “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” şüarını rəhbər tutaraq dövlət və dövlətçiliyimizə xidmət etməlisiniz”.

 

Xidməti təcrübəsini məzunlarla bölüşən Müdafiə naziri deyib ki, zabit öz davranışı, əxlaqi keyfiyyətləri, nizam-intizamı, vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı ilə hər zaman şəxsi nümunə olmalı, ölkə Prezidenti və xalqımız tərəfindən göstərilən yüksək dəyəri daim nümunəvi xidməti ilə doğrultmalı, Vətənimizi və xalqımızı etibarlı şəkildə qorumalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Prezident yeni Baş Nazir müavinini qəbuluna ÇAĞIRDI 22 Oktyabr 2019, 17:42 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20 Mingəçevir su anbarında reyd keçirildi 22 Oktyabr 2019, 17:14 İlham Əliyevdən yeni SƏRƏNCAM 22 Oktyabr 2019, 17:11 “Azərsu” rəsmiləri vətəndaşları dinlədi 22 Oktyabr 2019, 17:11 İlham Əliyev macarıstanlı həmkarını təbrik etdi 22 Oktyabr 2019, 17:06 Azərbaycan karateçilərindən ETİRAZ: “Dövlətimizə qarşı çıxanların əməllərini pisləyirik” 22 Oktyabr 2019, 17:03 Mir Şahin Yardımlıdan Perinbel kəndinə yol çəkdiribmiş - VİDEO 22 Oktyabr 2019, 17:00 Prezident daha bir sərəncam İMZALADI 22 Oktyabr 2019, 16:40 Baş Nazirin yeni müavini Şahin Mustafayev kimdir? - DOSYE 22 Oktyabr 2019, 16:36 Universitetlər imkansız tələbələrə hansı güzəştləri edir? - “Tərcümeyi-halına baxıb...” 22 Oktyabr 2019, 16:34 Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən çıxarıldı, yeni posta gətirildi 22 Oktyabr 2019, 16:29 Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi 22 Oktyabr 2019, 16:22 Milli Məclisdə diaspor müzakirəsi: “Keyfiyyətcə yeni işlər görülür” 22 Oktyabr 2019, 16:17 İlham Əliyev Putinə başsağlığı verdi 22 Oktyabr 2019, 16:11 Türk ordusu terrorçuların bölgədən çıxışını təqib edir 22 Oktyabr 2019, 15:57 Ərdoğan bu gün Putinlə nədən danışdı… 22 Oktyabr 2019, 15:56 Bakı Mühəndislik Universitetində BDU-nun yubileyi qeyd olunub 22 Oktyabr 2019, 15:50 Dövlət Komitəsinin sədri TRT AVAZ-ın qonağı olub - VİDEO 22 Oktyabr 2019, 15:40 Daha bir universitetdə maaşlar artırıldı 22 Oktyabr 2019, 15:29