Arxiv
19 İyun 2019, 13:00 | AKTUAL
Karqo şirkətləri qaydalara nə dərəcədə əməl edirlər?

Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nda göstərilir ki, əlavə dəyər vergisi (ƏDV) ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq təşkil edən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

 

Bəs topdan və pərakəndə satış obyektlərində qanunvericiliyin bu tələbinə nə dərəcədə əməl olunur?

 

Modern.az-ın məlumatına görə, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: "Onlayn rejimdə" və "Oflayn rejimdə".

Müşahidələr göstərir ki, son vaxtlar ticarət sektorunda fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən təqdim edilən malların elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi ilə bağlı xeyli irəliləyişlər olsa da, bu, hələ bazardakı bütün malları əhatə etmir. Bu isə vergi uçotunun düzgün aparılmamasına və vergidən yayınma hallarına gətirib çıxarır. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən şəxs tərəfindən həmin malların sənədlərinin təqdim olunmaması və bunun elektron qaimə-fakturalarla rəsmiləşdirilməməsi həm də məhsulun istehsal olunduğu mənbədən son istehlaka qədərki dövriyyə prosesinin iştirakçıları üçün əlavə çətinliklər yaradır.

İqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov bildirib ki, hazırda bazarın müxtəlif sahələrində mal və xidmətlərin elektron qaimə-faktura ilə rəsmiləşdirilmədən təqdim olunması halları müşahidə edilir: "Belə hallara hər bir sahədə, az da olsa, rast gəlinir. Amma elektron qaimə-fakturasız malların satışı avtomobillərin ehtiyat hissələri və paltar-geyim sahəsində daha çoxdur. Bu isə əsasən onunla əlaqədardır ki, həmin məhsullar gömrükdə karqo müəssisələr tərəfindən daşınarkən sənədləşmə aparılmır".

Ə.Əsədov qeyd edib ki, Bakıda avtomobillərin ehtiyat hissələri bazarlarındakı bütün məhsullar, "Binə" və "Sədərək"dəki geyimlərin, demək olar ki, hamısı ölkəyə karqo şirkətləri tərəfindən daşınır. Həmin şirkətlər xaricdən gətirdikləri malları topdan və pərakəndə satış fəaliyyəti göstərən sahibkarlara təhvil verirlər. Sahibkarlar isə həmin malları sənədsiz satırlar: "Hazırda topdan və pərakəndə ticarət obyektlərindəki malların əksəriyyəti həmin mallardır. Ona görə də karqo şirkətlərinin sahibkarlara indiyədək təqdim etdikləri sənədsiz mallar dövriyyədən çıxmayana qədər elektron qaimə-faktura olmadan təqdim edilən mallara bazarda rast gəlinəcək".

 

Ekspert vəziyyətdən çıxış yolunu şəffaflaşmanın inzibatçılığın bütün sahələrini, həm də tam şəkildə əhatə etməsində görür. Onun fikrincə, hər şeydən əvvəl, xaricdən gətirilən malların sənədləşdirilməsi sahəsində şəffaflaşmaya diqqət artırılmalıdır: "Bu sahədə şəffaflıq tam təmin olunsa, dövriyyədəki malların sənədləşdirilərək satışa çıxarılması məsələləri də zəncirvari qaydada həllini tapacaq".

 

Xatırlatma:

 

Pərakəndə satış - malların alıcıya satışının (təqdim olunmasının) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim olunmaqla həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

 

Topdansatış - malların alıcıya satışının (təqdim olunmasının) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim olunmaqla həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

 

Beləliklə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında, əlavə olaraq, POS-terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesab-fakturası təqdim edirlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Park ərazisində ceyran ovlayanlar saxlanıldı 22 Oktyabr 2019, 20:01 Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Prezident yeni Baş Nazir müavinini qəbuluna ÇAĞIRDI 22 Oktyabr 2019, 17:42 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20 Mingəçevir su anbarında reyd keçirildi 22 Oktyabr 2019, 17:14 İlham Əliyevdən yeni SƏRƏNCAM 22 Oktyabr 2019, 17:11 “Azərsu” rəsmiləri vətəndaşları dinlədi 22 Oktyabr 2019, 17:11 İlham Əliyev macarıstanlı həmkarını təbrik etdi 22 Oktyabr 2019, 17:06 Azərbaycan karateçilərindən ETİRAZ: “Dövlətimizə qarşı çıxanların əməllərini pisləyirik” 22 Oktyabr 2019, 17:03 Mir Şahin Yardımlıdan Perinbel kəndinə yol çəkdiribmiş - VİDEO 22 Oktyabr 2019, 17:00 Prezident daha bir sərəncam İMZALADI 22 Oktyabr 2019, 16:40 Baş Nazirin yeni müavini Şahin Mustafayev kimdir? - DOSYE 22 Oktyabr 2019, 16:36 Universitetlər imkansız tələbələrə hansı güzəştləri edir? - “Tərcümeyi-halına baxıb...” 22 Oktyabr 2019, 16:34 Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən çıxarıldı, yeni posta gətirildi 22 Oktyabr 2019, 16:29 Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi 22 Oktyabr 2019, 16:22 Milli Məclisdə diaspor müzakirəsi: “Keyfiyyətcə yeni işlər görülür” 22 Oktyabr 2019, 16:17 İlham Əliyev Putinə başsağlığı verdi 22 Oktyabr 2019, 16:11 Türk ordusu terrorçuların bölgədən çıxışını təqib edir 22 Oktyabr 2019, 15:57 Ərdoğan bu gün Putinlə nədən danışdı… 22 Oktyabr 2019, 15:56 Bakı Mühəndislik Universitetində BDU-nun yubileyi qeyd olunub 22 Oktyabr 2019, 15:50 Dövlət Komitəsinin sədri TRT AVAZ-ın qonağı olub - VİDEO 22 Oktyabr 2019, 15:40