Modern.az

Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı

Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı

Aktual

19 İyun 2019, 13:49

2019-cu ilin yanvar-may aylarında ölkədə 30608,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, ÜDM istehsalının 46 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3099 manata bərabər olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar