Arxiv
19 İyun 2019, 13:58 | AKTUAL
Separatçı qurumların Gürcüstana qarşı gizli və məkrli planları

Kamal Salayev

AMEA–nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

E–mail: [email protected]

 

Yaxın günlərdə Tsixinvali bölgəsində separatçı “Cənubi Osetiya respublikası”nın parlamentinə “seçkilər” keçirilib. Bu seçkilər işğalçılar və separatçılar üçün böyük əhəmiyyət kəsb edirdi. Belə ki, işğalın və separatçı rejimin qanuniləşdirilməsi xalqın iradəsi ilə ortaya çıxmış olacaqdı.

Bu zaman separatçı Tsixinvali bölgəsindən qovulmuş Gürcüstan əhalisi isə səsvermə prosesindən kənarlaşdırılmışdı. Çünki burada əsas məqsəd təkcə işğalçılıq və separatçılıq rejimini yox, eləcə də etnik təmizləmə prosesini də möhkəmləndirməkdən və qanuniləşdirməkdən ibarət idi.

Aydındır ki Gürcüstanın ərazi bütövlüyünü tanıyan dünya ictimaiyyəti separatçı Tsixinvalidə keçirilən saxta “parlament seçkiləri”nə öz nümayəndələrini göndərmədi. Separatçılığı və etnik təmizləmə prosesini “müşahidə etmək” və “qanuniləşdirmək” üçün Ermənistan buraya öz nümayəndələrini göndərdi.

 Nəzərə almaq lazımdır ki Ermənistan respublikasının vətəndaşları hesab etdikləri qondarma “Arsax respublikası”nın bütün rəsmilərinə və nümayəndələrinə erməni pasportları verilmişdir və rəsmi İrəvanın razılığı olmadan onlar ümumiyyətlə heç bir iş görə bilmirlər. Həm Abxaziyanın, həm Tsixinvalinin, həm də qondarma “Arsax”ın erməni separatçı heyəti İrəvan vasitəsilə Dağlıq Qarabağa gedirlər.  

Buradan isə aydın görünür ki Ermənistan Gürcüstan ərazisində separatçılıq və işğalçılıq rejimini, eləcə də etnik təmizləmə prosesini davam etdirir. Çünki Gürcüstan, Ermənistan və onun separatçı işğal rejiminin hökm sürdüyü qondarma “Arsax respublika”sı üçün dünyaya açılan yeganə pəncərədir.  

 Qeyd etmək lazımdır ki, məhz separatçı Abxaziyanın və “Cənubi Osetiya”nın “müstəqilliyi”ni tanıyan qondarma “Arsax”ın erməni separatçıları Tsixinvalidə keçirilən “seçkilər”də iştirak etmişlər. Beləliklə də, Ermənistan əslində, Gürcüstan ərazilərinin işğalının və gürcülərin etnik təmizləməsinin qanuniləşdirilməsində iştirak etmişdir.

Təsadüfi deyil ki, Abxaziyada törədilən vəhşiliklərin, gürcülərin soyqırımının və vətənlərindən qovulmalarının əsas təşəbbüskarları da məhz yerli erməni quldurları olmuşlar. Bu gün öldürülən və kütləvi şəkildə qovulan gürcülərin zəbt olunmuş evlərində və ərazilərində hazırda ermənilər məskunlaşmışlar.

Bu yaxınlarda Tsixinvali və Osetiya separatçılarının arasındakı “təsirli dostluq”luqları haqqında erməni mətbuatında “Arsaxın nümayəndə heyəti Cənubi Osetiyanı ziyarət etdilər” başlığı ilə dərc olunan yazı oxucuların diqqətinə çatdırılmışdır.

“Yerkramas” İnformasiya Mərkəzinin “Cənubi Osetiya”nın “prezident administrasiyası”na istinadən verdiyi məlumata əsasən “Cənubi Osetiya respublikası”nın “prezidenti” Anatoliy Bibilov “Arsax respublikası”nın nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyətinin tərkibində “Vətən” fraksiyasının rəhbəri Artur Tovmasyan, Xarici əlaqələr üzrə daimi komitənin üzvü Erik Arutyunyan və Ermənistanın Xarici işlər Nazirliyinin aparatının rəhbəri Semen Afiyan olmuşlar. Məlum olmuşdur ki “arsaxlılar” “Cənubi Osetiya”nın “parlamenti”nə beynəlxalq müşahidəçilər qismində gəlmişlər. 

        
Qonaqları salamlayan Anatoliy Bibilov respublikadakı “seçki kompaniya”sı barəsində danışmış və onlara “Cənubi Osetiya”nın siyasi həyatında baş verən hadisələrə maraq göstərdikləri üçün təşəkkür etmişdir: “Sizin gəlişiniz bir daha isti dostluq əlaqələrimizin olduğunu vurğulayır. “Arsax respublikasının prezident”i Bako Saakyana və “Arsax” xalqına ən xoş arzularımı bildirin.” – deyə Anatoliy Bibilov qeyd etmişdir.

       
“Biz Cənubi Osetiyada olmaqdan çox şadıq. Bu Cənubi Osetiyaya dövlət başçısının ilk səfəridir və simvolik xarakter daşıyır. Belə ki Arsaxın nümayəndə heyəti, qardaş xalqın tarixinin yeni səhifəsinin yazıldığı bir gündə onun yanındadır” - deyə Semen Afiyan qeyd etmişdir. O, həmçinin qeyd etmişdir ki, özünün son səfərindən bəri “Cənubi Osetiya”dakı “müsbət dəyişiklik”ləri qeyd etmişdir.

       
 Aydın görünür ki erməni vətəndaşları üçün Gürcüstan əhalisini kütləvi şəkildə məhv edən və doğma vətənlərindən qovan “Cənubi Osetiya” separatçıları “qardaş xalq”dır. Ancaq gürcülər isə onların düşmənləridir.  

       
 Belə qənaətə gəlmək olar ki, erməni millətçiləri gürcülərə riyakarcasına “qardaşlıq” taktikasını yeritməklə yanaşı eyni zamanda Gürcüstanın Abxaziya və Tsixinvali bölgələrində separatçılıq fəaliyyətlərini davam etdirirlər. Buna misal olaraq Samtsxe-Cavaxetiya bölgəsini də göstərmək olar ki, burada da bu yaxınlarda “erməni qardaş”ları gürcü polislərinə hücum etmişlər. Beləliklə də, onlar artıq Gürcüstan bölgəsində yeni “arsax” ssenarisini həyata keçirmək niyyətlərini gizlətmirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilər atəşkəsi 22 dəfə pozdu 21 Oktyabr 2019, 09:39 Xəzərdə "Ford" yandı 21 Oktyabr 2019, 09:17 “Beşiktaş”da yeni prezident seçildi 21 Oktyabr 2019, 09:14 Ziyalılar cinsi azlığın telekanallara çıxarılmasına son qoyulmasını tələb etdilər: “Belə insanlar güllələnməlidir!” 21 Oktyabr 2019, 08:58 Manat həftəyə bu məzənnə ilə başladı 21 Oktyabr 2019, 08:17 Bakı-Qazax yolunda ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 00:31 Mirşahin Gültəkin Hacıbəylinin səs yazısını yaydı - VİDEO 20 Oktyabr 2019, 23:59 UEFA “Qarabağ”ı  8 min avro cərimələdi 20 Oktyabr 2019, 23:46 Abşeronda taksi 60 yaşlı kişini vurub 20 Oktyabr 2019, 23:33 Bakıda möhtəşəm konsert - VİDEO 20 Oktyabr 2019, 23:16 Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub 20 Oktyabr 2019, 22:48 ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21