Arxiv
19 İyun 2019, 14:41 | AKTUAL
Mətbuat Şurası daha bir saytı “qara siyahı”ya saldı

 

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər  və “Reket jurnalistika”ya qarşı mübarizə üzrə Komissiyalarının iclası keçirilib. Komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

 

Modern.az xəbər verir ki, ilk olaraq Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun “7 gun.az ” saytına qarşı şikayətini araşdırıb. Komissiya müəyyən edib ki, “7 gun.az” saytı “Nazir müavininin cənub bölgəsinə işgüzar səfəri və onun görmək istəmədiyi gerçəklər” adlı məqaləni hazırlayarkən, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərini pozub. Anonim mənbələr əsasında hazırlanan yazıda əks edilən faktlar araşdırılmayıb, qarşı tərəfin rəyi öyrənilməyib. Saytın təmsilçisi Cavid Şirəliyev materialda əks edilən faktları təsdiqləyən sənədlərə malik olduğunu desə də, onları özü ilə iclasa gətirməyi unutduğunu bildirib. Şikayətlər Komissiyası məsələnin “Reket jurnalistika”ya qarşı mübarizə üzrə Komissiyada müzakirəsini, təqdim edilməsi nəzərdə tutulan  sənədlərin geniş araşdırılmasını məqbul sayıb. Gündəliyə daxil edilən digər məsələlər tərəflərin qarşılıqlı razılığa gəlmələri səbəbindən baxılmamış saxlanılıb.

Daha  sonra MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə  Komissiyalasının iclası keçirilib. Komissiyanın sədri Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya üzvləri “Media-Press.org” saytı barədə məsələni  müzakirə ediblər. Vüqar Rəhimzadə məlumat verib ki, qeyd edilən sayt üzrə məsələ daha öncə MŞ Şikayətlər Komissiyasının 17 may 2019-cu il tarixli iclasında müzakirə edilib. Amma sayt təmsilçiləri verilən tövsiyələrdən nəticə çıxarmayıblar. Şikayətçi, Ağdaş rayon sakini Məhəmməd Əliyev “Media-Press.org” saytı tərəfindən daha şiddətli təhqirlərə məruz qalması barədə növbəti şikayət ünvanlayıb.

Komissiya üzvləri məsələnin müzakirəsi zamanı  “Media-Press.org” saytının fəaliyyətindəAzərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinin intensiv şəkildə pozulduğunun, sayt rəhbərliyinin tövsiyə və xəbərdarlıqlardan nəticə çıxarmadığını  aşkarlayıblar. “Media-Press.org” saytının adının MŞ-nin “qara siyahı”sına daxil edilməsi barədə rəy verilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır 14 Oktyabr 2019, 09:05 Şimali Kipr prezidenti rəsmi Ankaranı QƏZƏBLƏNDİRDİ 14 Oktyabr 2019, 08:57 Tənzilə Rüstəmxanlı: “Bizi biabır edən bu gənclər nə zaman yetişdi?” - MÜSAHİBƏ 14 Oktyabr 2019, 08:36 Dövlət Nəzarət Təhükəsizlik Departamenti... Adı vahimə yaradan, xüsusi geyim forması olan bu qurum nə işlər görür? - FOTOLAR 14 Oktyabr 2019, 08:13 Bu gün “Avro-2020”nin seçmə mərhələsində final kimi oyun: Fransa-Türkiyə - TƏQVİM 14 Oktyabr 2019, 08:11 “Avro-2020”nin seçmə mərhələsində daha 9 oyunun NƏTİCƏSİ 14 Oktyabr 2019, 08:01 Yeni robot fotoqraf işə başlayıb 14 Oktyabr 2019, 00:34 Niyam "Maşın"dan getdi: Laləni isə göz yaşları qorudu 14 Oktyabr 2019, 00:08 Bakıda jurnalist vəfat etdi 13 Oktyabr 2019, 23:57 Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ 13 Oktyabr 2019, 23:50 Makron təcili Təhlükəsizlik Şurasını topladı 13 Oktyabr 2019, 23:31 Suriya ordusu Türkiyəyə qarşı 13 Oktyabr 2019, 23:14 Vasim Məmmədəliyev vəfat edib 13 Oktyabr 2019, 22:56 "Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç  13 Oktyabr 2019, 22:38 Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi 13 Oktyabr 2019, 22:16 Millimiz hakim səhvinin qurbanı oldu - VİDEO 13 Oktyabr 2019, 21:57 Bakıda təkər emalı sexi yandı 13 Oktyabr 2019, 21:29 Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı 13 Oktyabr 2019, 21:13 ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb 13 Oktyabr 2019, 20:47 Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal 13 Oktyabr 2019, 20:26 Türk Ordusu 59 məntəqəni terrorçulardan təmizləyib 13 Oktyabr 2019, 19:31 Tanınmış telejurnalistə ağır itki üz verib 13 Oktyabr 2019, 18:53 Müsavat Partiyasında yeni başqan məlum oldu - NƏTİCƏLƏR 13 Oktyabr 2019, 18:26 NASA-dan ürküdücü FOTOlar - "Dünya fəlakətə doğru gedir!" 13 Oktyabr 2019, 18:00 Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verdi 13 Oktyabr 2019, 17:52 Ocaq yandırdı, partlayışa səbəb oldu - Xəsarət alan var 13 Oktyabr 2019, 17:45 Bakıda 4 otaqlı ev yanıb 13 Oktyabr 2019, 17:36 Gəncədə ev yanıb, xəsarət alanlar var - FOTO   13 Oktyabr 2019, 17:22 Tanınmış müğənni Türkiyəyə köçdü 13 Oktyabr 2019, 17:07 Metroda tapdığı pulu polisin köməyi ilə sahibinə qaytardı   13 Oktyabr 2019, 16:50 Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək   13 Oktyabr 2019, 16:30 Aliment ödənilməməsi minlərlə uşağı dözülməz duruma salır 13 Oktyabr 2019, 16:09 Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçildi - FOTO 13 Oktyabr 2019, 16:00 Ərdoğan sabah Azərbaycana gəlir   13 Oktyabr 2019, 15:50 İsa Qəmbərlə namizədlər arasında mübahisə yaranıb   13 Oktyabr 2019, 15:00