Modern.az

Hərbi çağırışçılara xəbər var: iyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək

Hərbi çağırışçılara xəbər var: iyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək

19 İyun 2019, 14:59

Azərbaycan Respublikasında 2019-cu ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar təyin olunduqları xidmət yerləri barədə iyunun 26-dan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən SMS vasitəsilə məlumatlandırılacaqlar.


Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Xidmətinin mətbuat katibliyindən bildirilib.

Bununla yanaşı, vətəndaşlar iyunun 26-dan etibarən xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatı SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.

Eyni zamanda, müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumat ala bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır