Modern.az

Malaziya təyyarəsini vurmaqda şübhəli bilinən 4 nəfər axtarışa verildi

Malaziya təyyarəsini vurmaqda şübhəli bilinən 4 nəfər axtarışa verildi

19 İyun 2019, 15:28

Beynəlxalq Birləşmiş İstintaq Qrupunun 4 nəfəri beynəlxalq və milli axtarışa verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qrup 2014-cü ildə Donbasda döyüşlər zamanı havada vurulan Malaziyaya məxsus Boeing 777 MH17 reysi ilə bağlı istintaq aparır.

 

298 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə 4 nəfər – separatçı Donetsk Xalq Respublikasının o zamankı müdafiə naziri İqor Strelkov, Leonid Xarçenko, Oleq Pulatov və Sergey Dubinski şübhəli şəxs qismində axtarışa veriliblər.

Şübhəlilərdən azı 2-si Rusiya ərazisinə sığınıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir