Arxiv
19 İyun 2019, 15:51 | AKTUAL
Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ

İyun ayı olsa da artıq bazar və marketlərdə qarpız-yemiş  satışı ilə qarşılaşırıq. Sirr deyil ki, bu məhsullar  hazırki mövsümdə mineral gübrələrin köməyi ilə yetişdirilir. İki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün lazım olan istilik məhz iyul-avqust aylarında olduğu üçün mütəxəssislər iyun ayı ərzində qarpız yeməyi məsləhət görmürlər.

Amma hazırda satışda olan qarpız-yemişi alanlar az deyil. Bu məhsulların nə kimi ziyanı var? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  məsələ ilə bağlı Modern.az-a danışıb. Ekspertin sözlərinə görə,  təmiz, gübrəsiz qarpızın çəkisi  5 kiloqramdan çox olmamalıdır.

 
“Hər il bu sahədə monitorinqlər aparırırq. Qarpız, yemiş  istehsal edən şəxslər məhsulun böyük olması üçün çoxsaylı gübrələrdən istifadə edir. Təəssüf olsun ki, hətta mövsüm vaxtı belə istifadə olunan gübrələrin normadan artıq olması ilə qarşılaşırıq. Əhali bilməlidir ki, indi  qarpız və yemişin   yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitritlər insanı tədricən zəhərləyən kimyəvi maddələrdir.  Xüsusilə, böyük ölçüdə rəngi çəhrayı olan qarpızlar gübrənin çox olduğunun göstəricisidir”.

 

Pediatr Vaqif Qarayev bildirir ki, iyul ayının 20-ədək uşaqlara qarpız-qovun yedirmək qətiyyən olmaz:

“Qarpızın Azərbaycanda yetişmə dövrü iyul ayının 20-dən sonradır. Ondan əvvəl yetişdirilən qarpızlar sağlamlıq üçün təhlükəlidir. Təcrübəli adam qarpızı kəsəndən sonra rəngindən hiss edir ki, düzgün yetişdirilməyib. Tez qızarsın deyə qarpız tağlarına süni maddələr, nitratlar vurulur. Satış yerlərində  qarpız, yemiş  nəzarətdən keçirilməlidir. Əgər məhsul sanitar normanı keçirsə, nitrat çox vurulubsa, satışdan yığışdırılmalıdır. Yemişə də  süni qidalar vurulur, lakin qarpızda bu cür qidalardan, nitratlardan daha çox istifadə olunur. Buna görə də o daha təhlükəlidir. Vaxtından əvvəl yetişdirilmiş bu cür tərəvəzlər uşaqlarda allergiya, mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnir. Xüsusən körpə uşaqlarda bu proses daha tez özünü göstərir, qana zəhərlənmə keçir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19 59 vakant vəzifə - 24 namizəd uğur qazanıb 17 İyul 2019, 14:16 Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib 17 İyul 2019, 14:14 “Meyvəli”də yumurtadan kütləvi zəhərlənmə - 3 nəfər xəstəxanaya yerləşdirildi 17 İyul 2019, 14:02 Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu 17 İyul 2019, 13:45 Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlandı 17 İyul 2019, 13:24 Piyadanı vurub qaçan sürücü tutuldu 17 İyul 2019, 13:02 Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək 17 İyul 2019, 12:56 Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA 17 İyul 2019, 12:56 Sabahın havası - 39 dərəcə isti olacaq 17 İyul 2019, 12:53 Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı 17 İyul 2019, 12:47 Azərbaycanda minlərlə boşanmış qadına çarə tapıla bilər... 17 İyul 2019, 12:33