Modern.az

Artilleriya hərbi hissələrinin komandir toplanışı keçirilib

Artilleriya hərbi hissələrinin komandir toplanışı keçirilib

19 İyun 2019, 16:03

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən, birlik və birləşmələrin artilleriya rəisləri, həmçinin artilleriya hərbi hissələrinin komandirləri və onların müavinləri ilə komandir toplanışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə raket və artilleriya bölmələri ilə döyüş vəziyyətinə uyğun şəraitdə təlim və məşğələlər keçirilib, döyüş hazırlığının yekunları və hərbi intizamın vəziyyəti təhlil edilib, növbəti tədris mövsümü ilə əlaqədar tapşırıqlar verilib.

Toplanışın yekununda zabit heyətinin nəzəri biliklərinin yoxlanılması məqsədilə məqbullar qəbul edilib və praktiki atışlar icra olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir