Modern.az

Əzələ-oynaq ağrılarının SƏBƏBİ - D vitamini çatşmazlığı

Əzələ-oynaq ağrılarının SƏBƏBİ - D vitamini çatşmazlığı

19 İyun 2019, 16:50

Həkimlərin araşdırmalarına görə, D vitamini çatşmazlığı ilə əzələ-oynaq ağrıları arasında mühüm bir əlaqə var. Araşdırmalar zamanı əzələ-oynaq ağrısı yaşayanların 74 %-də D vitamini çatışmazlığı aşkar edilib.

Belə ki, D vitamini çatışmazlığı yalnız əzələ-oynaq ağrılarına deyil, başqa bir sıra xəstəliklərə də gətirib çıxarır. D vitamini çatışmayan insanlarda halsızlıq, yorğunluq, depresiyaya meyillilik, təzyiq, şəkərli diabet, ürək-damar xəstəliklərinə rast gəlmək mümkündür.

Modern.az xəbər verir ki, D vitamini çatışmazlığının artmasındakı ən önəmli faktorlardan birinin modern yaşam tərzi olduğunu deyən türkiyəli uzman doktor Muharrem Çidemin sözlərinə görə, müasir cəmiyyətdə insanlar artıq bağçalı evlər yerinə, bina evlərində yaşayır.

“Həftəsonları açıq məkanlara getmək yerinə, alış-veriş mərkəzlərinə gedilir. Bu səbəbdən günəşə məruziyyətimiz olmur. D vitamininin sintezi üçün də günəşə məruz qalmaq şərtdir”.


Həkim deyir ki, əzələ-oynaq  ağrısı ilə halsızlıq, yorğunluq yaşayan hər kəsin müəyyən bir yaşdan sonra D vitamininin düzənli olaraq ölçülməsi vacibdir. Çünki ağrılarla yanaşı sümük qırılması da baş verə bilər. Buna görə də yaşlı insanların bu mövzuda daha diqqətli olması vacibdir. Bununla yanaşı, qapalı məkanda işləyən hər kəs risk altındadır.
Sabah iş yerlərinə gedilir və axşam günəş batdıqdan sonra evə qayıdılır. Günəş görməyən insanlarda isə D vitamini çatışmazlığı yaranır.

 

Nuranə DAXİLQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır