Modern.az

İsrailin xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır  

İsrailin xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır  

Aktual

19 İyun 2019, 16:17

"İsrailin milli xəbər agentliyi olan TPS (Tazpit Press Service) dünya informasiya məkanında xüsusi nüfuza malik AZƏRTAC ilə sıx əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır".

 

Modern.az xəbər verir ki, bu sözləri Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Dünya Xəbər Agentliklərinin VI Konqresi çərçivəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə İsrailin TPS xəbər agentliyinin baş icraçı direktoru Amotz Eyal deyib.

Öz növbəsində, Aslan Aslanov Azərbaycan ilə İsrail arasında yaxşı əlaqələrin mövcudluğunu vurğulayaraq, bunun AZƏRTAC ilə TPS arasında əməkdaşlığa da müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Diqqətə çatdırılıb ki, TPS agentliyi ilə ikitərəfli əməkdaşlıq qarşılıqlı xəbər mübadiləsinin genişləndirilməsi istiqamətində müsbət addım olacaq.

İsrailin xəbər agentliyinin baş icraçı direktoru bildirib ki, TPS gənc olsa da, əsas məqsədi doğru, obyektiv xəbərlər yaymaqdan ibarətdir. Agentlik siyasət, iqtisadiyyat, təhlükəsizlik, texnologiya, elm, kənd təsərrüfatı və digər sahələr üzrə informasiyalar yayır.

Görüşdə agentliklər arasında əməkdaşlıq istiqamətləri, jurnalistlərin təcrübə mübadiləsi və bir çox digər sahələrdə birgə layihələrin reallaşdırılması barədə müzakirələr aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı