Modern.az

İcra başçısı vətəndaşları qəbul etdi

İcra başçısı vətəndaşları qəbul etdi

Aktual

19 İyun 2019, 19:13

Goranboy rayon  İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti  qəbulu keçirilib.

 

 

Goranboy rayon  İcra Hakimiyyətinin başçısı tərəfindən iyunun 19-da vətəndaşların növbəti  qəbulu keçirilib. Vətəndaşların  qəbulunda idarə və müəssisə rəhbərləri, o cümlədən 85 nəfərdən çox vətəndaş iştirak edib. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri icra başçısı Məhərrəm Quliyev tərəfindən dinlənilib.

 

Vətəndaşların qəbulunda  işlə təminat, suvarma suyu, həyətyanı torpaq sahəsinin verilməsi, maddi köməkliyin göstərilməsi, əliliyin təyin olunması ilə bağlı problemlər səsləndirib. Məhərrəm Quliyev vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə xüsusi tapşırıqlarını verib.

 

Qəbulda dinlənilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb. Digər məsələlərin həlli araşdırılması üçün aidiyyəti  uzrə müvafiq qurumlara tapşırıldı.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir