Modern.az

İmperatorun taxta çıxma günü Bakıda qeyd olundu

İmperatorun taxta çıxma günü Bakıda qeyd olundu

19 İyun 2019, 20:50

Bu gün Yaponiyanın Bakıdakı səfirinin iqamətgahında İmperator Əlahəzrət Naruhitonun 1 may tarixində taxta çıxması şərəfinə ziyafət təşkil olunub.

Modern.az APA-ya istinadən xəbər verir ki, ziyafətdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri qonaqları salamlayıb. Səfir İmperator Akihitonun 30 il imperatorluq etdikdən sonra 2019-cu ilin aprelində taxtdan çəkildiyini və Vəliəhd-şahzadə Naruhitonun imperator elan olunduğunu deyib.

Səfir qeyd edib ki, İmperator ailəsi dünyanın ən uzun davamlı irsi monarxiyası hesab edilir. Yaponiyalı diplomat ölkəsində yeni eranın, "Reiva" erasının başlandığını qeyd edib.
Daha sonra Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edib.  Yaponiya xalqını təbrik edən nazir Azərbaycan və Yaponiya arasındakı dostluq əlaqələrindən danışıb və bu əlaqələrin ötən illər ərzində daha da möhkəmləndiyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!