Modern.az

Hərbi təlim düşərgəsində 14 yeniyetməni şimşək vurdu

Hərbi təlim düşərgəsində 14 yeniyetməni şimşək vurdu

19 İyun 2019, 21:40

Niderlandda hərbi təlim düşərgəsində 14 yeniyetmə şimşək vurması nəticəsində xəsarət alıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Ossendrext şəhərindəki hərbi bazada baş verib. 16-18 yaşlarında olan yeniyetmələr məktəb proqramı çərçivəsində orada üçgünlük hərbi hazırlıq kursu keçirmiş. Şimşək çaxan zaman da onlar küçədə olub.


Onlardan birinin vəziyyəti daha ağır olub və o, helikopterlə Antverpen hospitalına çatdırılıb. Digər yaralılara isə yerli xəstəxanada tibbi yardım göstərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir