Modern.az

Deputat Rüstəm Xəlilov seçicilərin problemlərini dinlədi

Deputat Rüstəm Xəlilov seçicilərin problemlərini dinlədi

20 İyun 2019, 10:26

64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Rüstəm Xəlilovun seçicilərlə növbəti görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, bir sıra kəndlərdə seçicilərlə keçirilən görüşlər gün ərzində davam edib. Şıxsalahlı kəndində keçirilən görüş ümumilikdə iki kəndi əhatələmişdir-Şıxsalahlı və Osmanlı. Seçicilərlə Qaragüney kəndində keçirilən ikinci görüş isə Qaragüney, Dadaşbəyli və Çöloba kəndlərini əhatələnib.

Görüşlər seçicilərin fəal iştirakı ilə baş tutmuş və deputat Rüstəm Xəlilovun giriş nitqi ilə başlayıb.

Cari problemlərin, yəni mövsümü xarakterli əkin-biçinlə əlaqədar, suvarmanın təşkili və sairə məsələlər yerindəcə müzakirə edilərək həllə yönləndirilib. Cənab deputat müvafiq təşkilatlarla yerindəcə əlaqə saxlayaraq, eləcə də icra hakimiyyəti ilə bərabər bəzi suvarma, su nasosların sazlanması və sairə həlli vacib məsələləri yerindəcə gündəmə çıxarmaqla biavasitə icrasına yönəldib. Ümumilikdə seçicilərlə görüş çox yüksək əhval-ruhiyədə keçmiş, cənab prezidentin sosial yönlü Sərəncamları əsasən müzakirə mövzusu olub.

 

 Seçicilər də öz tərəfindən minimum aylıq əmək haqqının qaldırılmasından irəli dövlət başçısına deputat vasitəsilə öz təşəkkürlərini bildiriblər. Seçicilərlə görüş qarşılıqlı müzakirələr şəraitində keçib. Son illər rayonda pambıq əkinini geniş vüsət alması və aidiyyati hökümət qurumlarının bu sahəyə yaxından qayğısı, digər oxşar sahələrin də inkişafına səbəb olub. Regionların inkişaf planına uyğun olaraq aparılan işlər və dövlət qayğısı bir sıra sahələrin ümumilikdə inkişafına və beləliklə də çoxsaylı problemlərin köklü həllinə gətirib çıxarib. Seçicilərlə görüş zamanı qaldırılan məsələlər və ünvanlanmış müraciyyətlər müzakirə edilir və oxşar problemlər ümumiləşdirilir və aidiyyatı orqanlar qarşısında qaldırılır.

 

Həmçinin də deputatın seçicilərlə görüşlərində çoxtərəfli müzakirələr aparılır və nəyin ki, dairə, eləcədə bölgə üçün maraqlı olan problemli məsələlərin həlli cənab deputat tərəfindən refional komitədə qaldırılır. Heç də sir deyil ki, ərizə və müraciətlərin nisbətən azalması, görülən tədbirlər fonunda, özünü onda göstərir ki, kənd əhalisi öz işini torpaqla düzgün qurmuşdur. Bu günkü gün öz iqtisadiyyatını yüksəldən kəndlinin müraciətləri əsasən daha sivil sosial məişət problemlərinin həlli üçündür. Buna görə də çoxminli seçicilər, dövlətin sosial siyasətini dəstəkləyir və cənab prezidentin ətrafında birləşməklə yanaşı, həmçinin xaricdən maliyyələşən bəzi siyasi qüvvələri də kəskin şəkildə pisləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər