Modern.az

Bakı Ali Neft Məktəbinin startapı 2-ci oldu

Bakı Ali Neft Məktəbinin startapı 2-ci oldu

20 İyun 2019, 11:07

 

Azərkosmos” ASC və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzi tərəfindən həyata keçirilən “NewSpace” Biznes Akselerator Proqramının Final mərhələsi (Demo Day) keçirilib.

 

Modern.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin dosenti Əmir Rza Vəxşurinin elmi rəhbərliyi ilə tələbələrdən Elmar Əsgərzadə, Aleksandr Oborovskiy, Murad Rəhimov və Hüseyn Əliyevin yaratdığı ThermoNorth startupı özlərinin “SolarPCM” layihəsi ilə 2-ci yerin qalibi olaraq 5000AZN məbləğində toxum investisiya əldə ediblər.

 

Startap ekosistemi tərəfindən maraqla qarşılanan proqrama 5 ölkədən ümumilikdə 40 müraciət edilib. Onların arasından seçilən ən potensiallı 10 startap layihəsi proqrama qəbul olunub. Bu ilin yanvar-may aylarını əhatə edən “Akselerasiya” dövründə onlara proqramın təşkilatçıları tərəfindən peyk təsvirləri, iş ofisi, texniki və biznes təlimlər, ekspert, mentor və s. dəstək göstərilib.

 

Bunlarla yanaşı, qaliblər “Azərkosmos” ilə birlikdə beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak edərək öz məhsullarını xarici bazara təqdim etmək imkanı əldə edəcəklər.

 

“NewSpace” Biznes Akselerator Proqramının əsas məqsədi kosmik xidmətlər və yaxın sahələrdə innovativ startap layihə və məhsullarının aşkar edilməsi, onların inkişafı və bazara çıxışının asanlaşdırılmasına dəstək göstərilməsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi