Modern.az

Bakı və Yerevan Vaşinqtona hansı gündəliklə gedir? - Rusiyalı ekspertin ŞƏRHİ

Bakı və Yerevan Vaşinqtona hansı gündəliklə gedir? - Rusiyalı ekspertin ŞƏRHİ

20 İyun 2019, 11:10

Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, Elmar Məmmədyarovla Zoqrab Mnatsakanyanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vaşinqton görüşünü MDB İnstitutunun direktoru, rusiyalı ekspert Aleksandr Markarov şərh edib.

 

“Ermənistanın baş nazir Nikol Paşinyan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi təmsil olunmasını istəyir. Amma bu təklif rəsmi Bakının razılığını almayıb. Danışıqlarda format dəyişikliyinin olacağı ehtimalı azdır”.

 

Rusiya ekspertin fikrincə, Məmmədyarov-Mnatsakanyan görüşündə münaqişənin həllindən çox, atəşkəs rejiminin pozulmaması və son vaxtlar hər iki tərəfdən verilən itkilərin müzakirəsi gözlənilir.  

O həmçinin, münaqişənin həllində ciddi irəliləyişin olacağına da inanmadığını ifadə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi