Modern.az

Əmək pensiyaları ARTIRILIR

Əmək pensiyaları ARTIRILIR

20 İyun 2019, 11:16

Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclis Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlıdır.

 

Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir:

 

“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

 

Qanun layihəsi Milli Məclisin iyunun 28-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI