Modern.az

Bolqarıstanlı nazir: “Azərbaycan sədrliyi layiqincə yerinə yetirib”

Bolqarıstanlı nazir: “Azərbaycan sədrliyi layiqincə yerinə yetirib”

Aktual

20 İyun 2019, 11:56

“Ən vacib məsələləri - iqtisadi, sosial əməkdaşlıq məsələlərini yerinə yetirmək, eyni zamanda regionda infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün təhlükəsizliyə töhfə vermək lazımdır”

 

Modern.az xəbər verir ki, bu haqda Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxaryevanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasına ünvanladığı təbrik məktubunda bildirilib.

 

Y.Zaxayeva Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi layiqincə yerinə yetirdiyini vurğulayıb:

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasında parlamentlərarası əlaqələrimizlə regionda əməkdaşlığımızı artıra bildik. Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası bu baxımdan mühüm və aktual məsələlərlə bağlı fikir mübadiləsinin aparılmasında böyük imkan yaradacaq”.

O, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin Bolqarıstana keçəcəyini vurğulayıb.

 

Y.Zaxaryeva qeyd edib ki, Bolqarıstan bu işləri görməyə, çağırışlara cavab verməyə hazırdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür