Modern.az

Hər istəyən kosmonavt ola bilməz…

Hər istəyən kosmonavt ola bilməz…

Aktual

20 İyun 2019, 12:26

Bir peşə düşünün ki, sözün əsl mənasında  həm insanın ayaqlarını yerdən kəsir, həm də böyük miqdarda pul qazandırır. Söhbət  astronavt olmaqdan gedir. İşin maraqlı tərəfi odur ki, bu sahəni istəyən hər kəs  kosmonavt ola bilməz.  Belə ki, bu işin  öz kriteriyaları, sınaq mərhələsi var.

Modern.az saytı bu sahə və işin tələbləri ilə bağlı araşdırma edib.

Bu peşəni  istəyən hər kəs kosmonavt ola bilməz.  Belə ki,  işin  öz kriteriyaları, sınaq mərhələsi var. Kosmonavt olmaq üçün xüsusi təlimlərdən keçən insanların şansı  böyükdür.  Çünki  NASA (Milli Aeronavtika və Kosmos İdarəsi)  zamanla bir baytardan belə,  təlimlər vasitəsilə astronavt formalaşdırıbr. Bu işlə məşğul olmaq istəyən namizədlərin boyu ən azı 160 sm olmalı, qan təzyiqi 140/90-ı keçməməlidir. 26-46 yaş arası insanlar arasında seçim aparılır. Mütəxəssislərin araşdırmasına əsasən, ortalama kosmanavt yaşı hazırda 43-dür.  Namizədlər astronavt olmaq üçün çox çətin sınaqlardan  keçməli, eyni zamanda, NASA əməkdaşları ilə müsahibədə yaxşı təəssürat yaratmalıdırlar. Sınaq mərhələsində  25 metrlik bir su hovuzunda  uçuş geyimi və tennis ayaqqabıları  ilə 25 dəqiqəlik üzmək, çəkisizlik şəraitində hərəkət sürəti və s. kimi tapşırıqlar verilə bilər. Namizədlər arasından seçilən şəxslər 2 illik təhsil və qiymətləndirmə proqramına başlayır. Kosmonavt olmaq üçün mühəndislik, riyaziyyat və texniki elmlərdən məzun olanlara daha çox üstünlük verilir.  Bu kimi çətin mərhələləri keçən şəxslərin sonda aldıqları məvacib gördükləri işə dəyəcək bir civardadır. Belə ki, bir kosmanavtın ortalama maaşı 60-130000 dollar arasında ölçülür.

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!