Modern.az

Qazaxıstanın üzən qazma qurğusu Azərbaycana çatdırılıb

Qazaxıstanın üzən qazma qurğusu Azərbaycana çatdırılıb

20 İyun 2019, 13:14

Qazaxıstanın "Kazmortransflot" Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus “Satti” üzən qazma qurğusu Azərbaycana çatdırılıb.

 

Modern.az xəbər verir ki, Üzən qazma qurğusu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nə  (ASCO)  məxsus yedək gəmilərinin müşaiyəti ilə Qazaxıstanın Kurik limanından yola salınıb.

 

Prosesə əsas yedək gəmisi kimi “Andoqa”, köməkçi yedək gəmisi kimi “Aura” və müşahidəçi gəmi kimi “SOCAR-1” gəmiləri cəlb olunub. Qurğu təhlükəsiz şəkildə "Caspian Drilling Company LTD." şirkətinə məxsus "CDC Dəniz Təchizat və Logistika Bazası"na çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir