Modern.az

Gələn ilin yanvarından pensiyalar 15 faiz artacaq – RƏSMİ

Gələn ilin yanvarından pensiyalar 15 faiz artacaq – RƏSMİ

20 İyun 2019, 13:26

“Bildiyiniz kimi, pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60%-i deməkdir. Yerdə qalan 40%-i isə yaddan çıxmayıb”.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiyalarla bağlı danışarkən deyib.

 

Nazir bildirib ki, 2020-ci ilin yanvarından pensiya artacaq:

 

“Orta aylıq əməkhaqqı artımı proqnozumuz bu il üçün 15% -dir. Buna uyğun olaraq 2020-ci ilin bir yanvarından bütün pensiyaçılarımızın pensiyası əlavə 15% olaraq artacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır