Azərbaycanda yol hərəkəti qaydaları ilə bağlı SUKAN.AZ informasiya portalı yenidən istifadəyə verilib. Portalda sürücülük vəsiqəsinin alınması üçün verilən suallara oxşar onlayn avto test bazası da yenilənib. Bu barədə Modern.az-a "ProDemos" İctimai Birliyinin sədri Xanlar Ağalarov məlumat verib.
Vətəndaşlar suallara cavab verməklə imtahana hazır olub-olmamalarını müəyyən etmək imkanına malikdirlər. Həmçinin saytda yol hərəkəti sahəsində normativ sənədlər, yol nəqliyyat hadisələri haqqında xəbər lenti və video materiallar, onlayn avto-çat, sual-cavab bölməsi mövcuddur. Saytın xdimətlərindən istifadə etməklə vətəndaşlar piyadaların məsuliyyəti, piyada-sürücü münasibətləri, yol nəqliyyat hadisələri zamanı zəruri addımlar barədə məlumatları əldə edə bilərlər.
"Sukan.az" portalında mövcud olan avtomobillər üçün texniki baxış və gömrük rəsmiləşdirməsi kalkulyatorlarından istifadə etməklə qanunla müəyyən edilmiş ödənişlərin məbləği barədə hesablamalar aparmaq olar. Saytın yaradılmasında məqsəd vətəndaşları sürücülük vəsiqəsi almaq üçün imtahana hazırlamaq, insanları daimi və operativ vasitələrlə yol hərəkəti və təhlükəsizliyi qaydaları barədə məlumatlandırmaq, məktəbliləri daha asan və yaddaqalan üsullarla yol hərəkət qaydaları haqqında maarifləndirmək, sürücü və pidaya etikasının, sürücülər arasında və piyadalara münasibətdə bir-birinə hörmətin təşviq edilməsindən ibarətdir.
İnformasiya portalının fəaliyyətində məqsədi vətəndaşları sürücülük vəsiqəsi almaq üçün imtahana hazırlamaq, insanları daimi və operativ yol hərəkəti, təhlükəsizliyi qaydaları barədə məlumatlandırmaq, məktəbliləri daha asan və yaddaqalan üsullarla yol hərəkəti qaydaları haqında maarifləndirmə, sürücü və piyada etikasının, sürücülər arasında, piyadalara münasibətdə hörmətin təşviq edilməsindən ibarətdir. Portal “ProDemos” İctimai Birliyi tərəfindən yaradılıb.
Modern.az