Arxiv
20 İyun 2019, 21:38 | AKTUAL
“Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev

Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomdur. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf dayanır, sərmayə qoyuluşu dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür.

Modern.az xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 84-cü kitabında yer alan bu fikirlər Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının söylədiyi nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin noyabrından 2018-ci ilin yanvarınadək olan dövrü əhatə edir.

Kitaba Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair İstanbulda keçirilmiş Zirvə toplantısında, Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxışlarının mətnləri, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri, Davos Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirakı haqqında informasiyalar daxil edilib. Nəşrdə dövlətimizin başçısının Azərbaycana səfərə gəlmiş Əfqanıstan Prezidenti ilə görüşünə və sənədlərin imzalanmasına, Bolqarıstanın Baş Naziri ilə görüşünə dair materiallar yer alıb.

Çoxcildliyin 84-cü kitabında, həmçinin Prezident İlham Əliyevin Xorvatiya, Türkiyə, Pakistan, Hindistan, İran, Estoniya, Rusiya və digər dövlətlərin, Avropa İttifaqının, Beynəlxalq Telekommunikasiya İttifaqının, Dünya Bakının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi barədə materiallar toplanıb.

Yeni nəşrə dövlətimizin başçısının Bakıda “Asiyanın qəlbi – İstanbul prosesi” çərçivəsində “Gücləndirilmiş “Asiyanın qəlbi” regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda yeddinci Nazirlər Konfransında nitqinin, 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışının, “2017 – İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda nitqinin mətnləri, Azərbaycanın gənc alimlərinin I qurultayının, Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarına məktubları, XXIII Beynəlxalq “BakuTel-2017” Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi ilə tanışlığını əks etdirən informasiyalar daxil edilib.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 84-cü kitabında, həmçinin dövlətimizin başçısının Ağcabədi, Sabirabad, Quba rayonlarına, Sumqayıt şəhərinə səfərlərinə, bölgələrdə iqtisadi, sosial, mədəniyyət obyektlərinin açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da tanış olmaq mümkündür.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ İran hakimiyyətini minlərlə etirazçının qətlində ittiham etdi 5 Dekabr 2019, 22:56 Qızıl  payızdan qızılı düşüncələr... - FOTOLAR 5 Dekabr 2019, 22:42 Azərbaycanla İrlandiya əməkdaşlığı müzakirə olundu 5 Dekabr 2019, 22:33 Rusiya diplomatı "qara siyahı"ya saldı 5 Dekabr 2019, 22:17 Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxıldı 5 Dekabr 2019, 21:59 Xidməti it sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı 5 Dekabr 2019, 21:29 Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anıldı 5 Dekabr 2019, 21:15 Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 5 Dekabr 2019, 21:02 Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq 5 Dekabr 2019, 20:46 ATƏT-in Minsk Qrupundan bəyanat: “Hazırki status-kvo qəbuledilməzdir” 5 Dekabr 2019, 20:33 "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş 5 Dekabr 2019, 20:17 Vətəndaşlara 158,05 ton mineral gübrə satılıb 5 Dekabr 2019, 20:03 Daxili orqanında 142 metadon həbi aşkar edildi 5 Dekabr 2019, 19:50 Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək 5 Dekabr 2019, 19:45 Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi 5 Dekabr 2019, 19:31 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28 Piyadanı öldürüb qaçan sürücü tutuldu 5 Dekabr 2019, 17:26 Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı 5 Dekabr 2019, 17:23 Prezident xalq artisti Əlibaba Məmmədovla bağlı sərəncam verdi 5 Dekabr 2019, 17:21
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?