Arxiv
20 İyun 2019, 21:52 | AKTUAL
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO

İyunun 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olublar.

Modern.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində uşaqlarla görüşüb, onların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olublar.

Mehriban Əliyeva və Leyla Əliyeva müəssisədəki uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.

Sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılması, onların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan reabilitasiya işlərindən biri də onların yaradıcılıq potensiallarının inkişafıdır. Uşaqlar muncuqlarla, plastilinlə müxtəlif əl işləri hazırlayır, rəsmlər çəkir, konstruktor oyunları ilə məşğul olurlar. Müəssisənin sakinləri özlərinin hazırladıqları əl işlərini Mehriban Əliyevaya və Leyla Əliyevaya hədiyyə ediblər.

Qeyd edək ki, bu müəssisə 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. Hazırda burada 5-18 yaş arasında 170-dək uşaq yaşayır. Onlar əsasən uşaq serebral iflici, autizm, daun sindromu, fiziki və əqli inkişafdan geriqalma, mərkəzi sinir sisteminin zədələnməsi – ense-folo-patiya, parez kimi xəstəliklərdən əziyyət çəkirlər.

Birinci vitse-prezident sosial xidmət müəssisəsinin sakinlərinin əhvalı ilə maraqlanıb, onların müalicəsinin müsbət nəticələr verdiyinin şahidi olub. Belə ki, müəssisənin sakinlərindən biri - Xəyalə Hüseynova Mehriban Əliyeva ilə söhbət zamanı Azərbaycan və ingilis dillərində “əlillik qüsur deyil və yaşamaq, yaratmaq üçün məhdudiyyət ola bilməz” dedi. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların arzularını dinləyib, yenidən onların yanına qonaq gələcəyini bildirib, onlara uğurlar arzulayıb. Mehriban Əliyeva uşaqlarla birlikdə kitab oxuyub, nəşrdəki şəkilləri müzakirə edib. Uşaqlar Mehriban Əliyevaya və Leyla Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər. Onlar Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin “Nəsimi İli” elan olunduğunu bildirərək, şairin şerlərini səsləndiriblər, mahnılar, rəqslər ifa ediblər.

Sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı ildən-ilə artır. Dövlətimizin başçısının 2019-cu il 15 aprel tarixli Fərmanı ilə həmin uşaqlar üçün aylıq sosial müavinətin məbləği əhəmiyyətli şəkildə artırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü də təsis olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Bu müəssisədə uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 12 reabilitasiya otağı fəaliyyət göstərir və onlarda müasir dövrdə prioritet olan yeni reabilitasiya metodları - aktiv terapiya, oyun, ünsiyyət, musiqi, rəqs və digər terapiya növləri və hər bir uşaqla fərdi inkişaf planı əsasında işlər aparılır.

Sonda müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov 24 İyul 2019, 00:33 ABŞ çətin durumda qalacaq 24 İyul 2019, 00:16 Cəlilabadda azyaşlını avtomobil vurdu 23 İyul 2019, 23:59 Türkiyə BTQ ilə daşımaların həcmini artırır 23 İyul 2019, 23:46 Ermənilər Rəşid Behbudovun qızına hücum çəkdilər - VİDEO 23 İyul 2019, 23:27 Gülşən Rəvan qızının nakam Cəbrayıl SEVGİSİ 23 İyul 2019, 23:16 İlqar Əlfioğlu: “Mən Ağdam barədə yazı yazmamışam və yazmıram…” 23 İyul 2019, 23:09 Putinin kortejinin getdiyi yola mina qoyuldu 23 İyul 2019, 22:56 Bakıda intihara cəhdin qarşısı alındı 23 İyul 2019, 22:42 “Qarabağ” son 6-7 ildə oynadığımız ən yaxşı rəqiblərdən biridir” - Vinni Pert  23 İyul 2019, 22:26 Dənizdə batan şəxsin meyiti çıxarıldı 23 İyul 2019, 22:04 Yanacaq tankeri qəzaya uğradı: Ölənlər var 23 İyul 2019, 21:46 Azərbaycanlı velosipedçi 83-cü oldu 23 İyul 2019, 21:33 50-dən artıq məktəbdə robototexnika kursu yaradılacaq 23 İyul 2019, 21:14 Antalyada turistləri daşıyan avtobus dərəyə yuvarlandı 23 İyul 2019, 21:01 Lənkəranda ölənlərin kimliyi məlum oldu 23 İyul 2019, 20:44 Rusiyada yanğında 4 nəfər öldü 23 İyul 2019, 20:27 Dənizdə batan şəxsin axtarışına başlanıldı 23 İyul 2019, 20:15 I Avropa Oyunlarının iştirakçısı öldü 23 İyul 2019, 20:01 Astarda bir nəfər dənizdə batdı 23 İyul 2019, 19:38 Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olunub 23 İyul 2019, 19:27 Daxili İşlər Nazirliyi işçi AXTARIR - ELAN 23 İyul 2019, 19:12 Bərdədə 6 aylıq körpəni uşaq xəstəxanasının dəhlizinə atıb gediblər   23 İyul 2019, 18:55 Bakıdan Nyu-Yorka uçuşlar davam edəcək - AZAL 23 İyul 2019, 18:37 Sərbəst güləşçi Kənan Heybətov qızıl medal qazandı 23 İyul 2019, 18:23 Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın tərkibi dəyişdi - SİYAHI 23 İyul 2019, 18:20 Hakimlərin maaşı qaldırıldı - SƏRƏNCAM 23 İyul 2019, 18:05 Deputat Musa Qasımlı seçicilərini dinlədi 23 İyul 2019, 17:59 İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək 23 İyul 2019, 17:52 Nazir Elmar Məmmədyarov dövlət katibini qəbul etdi 23 İyul 2019, 17:50 Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir  23 İyul 2019, 17:33 Goranboyun qaz təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 17:25 Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar 23 İyul 2019, 17:14 Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb 23 İyul 2019, 17:13 2 güləşçimiz EYOF-da qızıl qazandı 23 İyul 2019, 17:01