Modern.az

BDU rektorunun qısa zamanda gördüyü işlər – Uğurlar və gözləntilər    

BDU rektorunun qısa zamanda gördüyü işlər – Uğurlar və gözləntilər    

Təhsil

21 İyun 2019, 10:20

Elçin Babayevin Bakı Dövlət Universitetinə rektor təyin olunmasından 100 gün keçdi. İllərlə yığılıb qalmış poblemlərin  100 günün içərisində həllini gözləmək sadəlövhlükdür. Bakı Dövlət Universitetinin İctimai Nəzarət və Məsləhət Şurasının üzvü kimi görülən işləri izlədik və universitetin rəhbərliyinə göndərdiyim sorğuya cavab verildi.

 

Sorğuda deyilir:

 

- Universitetin hazırda istifadədə olan yataqxanası bərbad vəziyyətdədir. Rektor ilk günlərdən  yataqxanalarda oldu və orada yaşayan tələbələrlə görüşdən sonra yataqxanaya diqqəti artırıldı. Vəziyyət qismən də olsa  normallaşdı və tələbələrin yeni yataqxana korpusuna köçürülməsi məsələsi artıq həllini tapmaqdadır;

 - BDU-nun tədqiqat universiteti statusu bərqərar edilməyə başlayıb;

- Rəqabət apara biləcək elmi nəticələrin alınması məqsədilə təbiət elmləri və humanitar-sosial elmlər sahələrində 2 güclü Elmi Mərkəzin yaradılmasına başlanılıb;

- Prioritet istiqamətlər üzrə yeni elmi trendlərə cavab verən daxili qurumların yaradılmasına və təftişinə start verilib;

- Təhsildə islahatlara başlanılıb və proses davam etməkdədir;

- Laboratoriyalar və şöbələrin birləşdirilməsi, yeni qurumların yaradılması məsələsi müzakirə olunub;

- Universitetin 100 illik yubileyinin qeyd olunması istiqamətində ciddi işlər görülür. Hesab edirik ki,  yubiley bir hesabatdır;

- Universitetin yubileyi UNESCO-da qeyd edildi;

- Həmin tədbirdə 100 illik tarixi olan universitet haqqında auditoriyanın ciddi marağına səbəb olan (təəssüratlar Azərtac-ın hazırladığı xəbərlərdə) qısa film təqdim olundu;

- Filmin daha əhatəli variantının noyabrda keçiriləcək əsas yubiley tədbiri üçün hazırlanması istiqamətində işlər görülür;

- UNESCO-da universitetin tarixi və müasir həyatını əks etdirən foto sərginin təşkili və 3 dildə hazırlanmış kitabın təqdimatı keçirildi;

- İxtisaslaşmalara yenidən baxılır;

- Qiyabi və əlavə təhsil üzrə fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq tələblər üzrə işin stimullaşdırılması sahəsində ciddi müzakirələr aparılır;

- Dekan və kafedra müdiri seçkilərində şəffaflığın təmin olunması və alternativ namizədlərə şərait yaradıldı . Seçkilər üzrə 1 yerə 5-dək namizədlər irəli sürülüb və BDU rəhbərliyi seçkilərə heç bir müdaxilə etməyib, seçkilərin şəffaf keçməsi üçün bütün şərait yaradılıb. Nəticə olaraq uzun müddətdir kafedra müdirləri olanları yeniləri  əvəzləyib.

- “Tələbə qutusu” və e-mail vasitəsilə tələbələrin yazdıqlarına əsasən problemlərin öyrənilməsi, ümumiləşdirilməsi, kifayət qədər maraqlı təkliflərin fəaliyyət planına daxil edilməsi və bəzi məsələlərin dərhal həlli üçün tapşırıqlar verilmişdir;

- Kitabxanaların tamamilə müasir vəziyyətə gətirlməsi üçün konkret plan hazırlanmışdır;

- Elektron BDU-nun yaradılması üçün bir çox şirkət və qurumlarla görüşlər və təqdimatlar keçirilmişdir, ən optimal variantın seçilməsi üzrə müzakirələr isə davam edir;

- İKT təminatı üçün xüsusi auditin aparılması nəzərdə tutulmuşdur;

- Yeni elmi cihazların alınması istiqamətində müzakirələr  aparılmış, tikintisi yarımçıq qalmış Yüksək Texnologiyalar Mərkəzinin “Mini akademiyaya” çevrilməsi istiqamətində işlər aparılmışdır;

- BDU ərazisinin  “Mini kampusa” çevrilməsi, Universitetin həyətinin, fasadının görkəminin dəyişməsi, tələbələr üçün müasir, gözoxşayan, rahat əraziyə çevrilməsi nəzərdə tutulmuşdur;

- İmtahanların təşkili və keçirilməsi istiqamətində müasir tələblərə uyğun islahatların aparılması, xoşagəlməz halların minimuma endirilməsi istiqamətində xeyli işlər görülmüşdür;

- İkili diplom istiqamətində işlər aparılmış  və bu işin genişləndirilməsi  məqsədilə bir çox  ölkələrlə danışıqlar aparılmışdır;

- Struktur bölmələrin, fakültələrin, kafedraların, elmi-tədqiqat laboratoriyalarının ciddi analizi aparılmışdır;

- BDU-da UNESCO kafedralarının sayının artırılması üçün bu qurumun Baş Direktorunun təhsil üzrə müaşaviri ilə razılıq əldə olunmuşdur;

- ERASMUS+ proqramı ilə bağlı işlər intensivləşdirilmişdir;

- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi ilə birgə kadr hazırlığı sahəsində sentyabr ayında müqavilənin bağlanılması nəzərdə tutulub.(Mərkəzin direktoru, prof. Quevedo Bakıya gələcək)

- Maliyyə-iqtisadi durumda çatışmazlıqların ciddi şəkildə araşdırılması aparılmışdır;

- Universitet ağsaqqalları ilə görüşlər təşkil edilmiş və ağsaqqallardan ibarət Məsləhət Şurası yaradılmışdır;

- Fakültələr üzrə professor-müəllim heyəti və əməkdaşlarla görüşlər təşkil olunmuş  problemlər dinlənilmiş və fakültələr üzrə ideyalar ümumiləşdirilib;

- Universitetin Himayəçilər Şurasının ilk iclaslası keçirilib;

- İctimai Nəzarət və Məsləhət Şurası ilə işin daha effektiv qurulması üçün onlar tərəfindən verilmiş təkliflərə baxılıb;

- Universitetin 2030-cu ilədək inkişaf strategiyası yeni tələblərə uyğun olaraq hazırlanıb;

- İlk dəfə olaraq Məzun Gününün fərqli məkanda qeyd olunacağı haqqında qərar verilib;

- Vətəndaşların qəbulu (fərdi, elektron formada müraciət), ünsiyyət, problemlərin hərtərəfli çözülməsi  və mütəmadi görüşlərin keçirilməsi fəaliyyətimizin tərkib hissəsinə çevrilib;

- Maaşların artırılması, daha yaxşı işləyənlər və göstəriciləri yüksək olanlar üçün ciddi maaş fərqinin nəzərdə tutulması barədə müzakirələr aparılıb;

- Tədris və elmlə bağlı müxtəlif beynəlxalq layihələr hazırlanıb;

- Nəşriyyat işinin yenidən qurulması üçün təkliflər hazırlanıb;

- Startap və innovasiyalar üçün xüsusi yerlərin ayrılması və İsraildən mütəxəssislərin dəvət olunması üzrə işlər;

- Elmi jurnalların sayının azaldılması,  keyfiyyətinin yaxşılaşdırılması, indekslənməsi üzrə işlər həyata keçirilib;

- Alimlərə elmi məqalələrin düzgün tərtibatı istiqamətində təlimlər keçirilib;

- Yerli və benəlxalq konfransların keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görülüb.

Bizim gözləntilərimiz:

- Müşahidələrimiz göstərdi ki, universitetdə sosiallaşma güclənib, bəzi qadağalar götürülüb, tələbə-müəllim münasibətlərində səmimi münasibətlərin yaranması sezilir, bu amilin təhsil mühitinin yaxşılaşmasına təsiri danılmazdır.

-Düşünürük ki, Universitet tələbələrinin istər təbiət elmləri, istərsə də humanitar elm sahələri üzrə dərsliklərlə təminatı aşağı səviyyədədir. Tərcümə ədəbiyyatları isə yox səviyyəsindədir. Bu istiqamətdə ciddi işlər görülməlidir;

-Tədqiqat universiteti ideyasının gerçəkləşdirilməsi üçün müəllimlərin dərs saatlarına yenidən baxılmalı, elmi tədqiqatla məşğul olanların əməyi stimullaşdırılmalıdır;

-Universitetin Qrant layihələrində mütamadi iştirakı üçün çevik və Universitet trendlərini bilən qrup formalaşdırılmalıdır;

-Universitetdə üfiqi idarəetmənin gücləndirilməsi istiqamətində ciddi işlər görülməlidir;

-Təbiət elmləri və Humanitar elmlərin tədris planlarının ciddi ekspertizası aparılmalıdır.

-Universitetin Milli akkreditasiyası və keyfiyyətin auditi təşkil olunmalıdır.

-Universitetdə e-kitabxananın yaradılması sürətləndirilməli və yeni ədəbiyyatlarla təminat gücləndirilməlidir.

-Gənclərin elmi tədqiqatlara cəlb olunması istiqamətində proqram  qəbul olunmalı, onların xarici Universitetlərdə stajkeçmələrinə şərait yaradılmalıdır.

 

Universitet islahatlarında çox vaxt zaman faktoru önə çəkilmir. İslahatlar rasional aparılmalı və onların nəticəyönümlü olması proqnozlaşdırılmalıdır. Əlbəttə ki, 100 gündə görülən işlər yerli və Beynəlxalq aspektdən yanaşanda böyük zəhmət tələb edən işlərdir. Bakı Dövlət Universiteti missiyasını bir daha müəyyənləşdirməli və islahtları davam etdirməlidir. Fikrimizcə bu ali məktəb yaxın vaxtlarda ölkədə Universitetlər arasında rəqabət mühitinin formalaşmasında öz sözünü deyəcək. Əlbəttə ki, bu işdə ictimaiyyətin dəstəyi olduqca vacibdir.

 

Etibar Əliyev, BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvü 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü