Arxiv
21 İyun 2019, 12:27 | AKTUAL
“Prezident kiminlə işləyib-işləməyəcəyinə özü qərar verir” – Deputat Kamilə Əliyeva

“Prezidentin fərman və sərəncamları, xüsusilə, kadr məsələləri ilə bağlı qərarları hər hansı müzakirəyə, dartışmaya açıq olan bir məsələ deyil”.

 

Bunu Modern.az-a ölkə başçısının rəhbər strukturlarda kadr islahatları haqqında danışarkən deputat Kamilə Əliyeva bildirib. Onun sözlərinə görə, kadr məsələləri, təyinatlar prezidentin konstitusion hüququdur və bu məsələyə heç kim qarışa bilməz:

 

“Ölkə Prezidenti kiminlə işləyib-işləməyəcəyinə özü qərar verir. Kimi məsləhət biləcək, onunla işləyəcək, kimi məsləhət bilməyəcək, işindən razı qalmayacaq, onunla yollarını ayıracaq. Bu, hər zaman belə olub, bundan sonra da belə olacaq. Ancaq mən heç cür anlaya bilmirəm ki, niyə bəziləri onlara aid olmayan məsələlərə müdaxilə edir, bilmədikləri məsələləri yalan-yanlış şəkildə təqdim etməyə çalışırlar?

 

Onlar öz yalanlarına özlərinin inanmadıqları halda, başqalarını necə öz yalanlarına inandıracaqlar? Görəsən, onlarda bir dəfə olsun belə, məntiq, düşüncə deyilən bir şey olacaqmı? Hər halda bu, onların problemidir, bizim problemimiz deyil. Azərbaycan dövləti, dövlət başçısı öz yolunda, öz işindədir, Azərbaycan gündən-günə inkişaf, tərəqqi etməkdədir, hər bir sahədə islahatlar eninə və uzununa dərinləşməkdədir”.

 

K. Əliyeva vurğulayıb ki, elə son 3-4 gün yaşananlar hər şeyi bir daha gözlər önünə sərir:

“Minimum əməkhaqqının, maaşların, pensiyaların artırılması və digər addımlar Azərbaycanın hansı inkişaf mərhələsində olmasının əyani göstəricisidir. Yəni, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti xalqına bu cür xidmət yolunu tutmaqdadır və bu prosesin davamı da gələcək. Kimsənin buna şübhəsi olmasın”.

 

Qeyd edək ki, Prezident İlham Əliyev dünən imzaladığı sərəncamlarla general-polkovnik Ramil Usubovu daxili işlər naziri vəzifəsindən azad edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi postuna gətirib. Onun əvəzinə DİN rəhbəri isə Vilayət Eyvazov təyin edilib. Vilayət Eyvazov buna qədər isə daxili işlər nazirinin birinci müavini vəzifəsində idi.

 

Bundan başqa prezidentin digər bir sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev vəzifəsindən azad edilərək, müdafiə sənayesi naziri təyin olunub.

 

DTX rəisi vəzifəsinə isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyev gətirilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sakit Okean Alyansı-Azərbaycan məsləhətləşmələrinə start verildi 11 Dekabr 2019, 13:20 Seçkiləri müşahidə etmək üçün Azərbaycan  AŞPA-ya dəvət göndərib 11 Dekabr 2019, 13:16 Rəsmi Bakı erməni jurnalistlərin Azərbaycana səfərindən razı qalmayıb - AÇIQLAMA 11 Dekabr 2019, 13:16 Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı məlumat YAYDI 11 Dekabr 2019, 13:11 Ramiz Mehdiyev iki institutun strukturunu DƏYİŞDİRDİ 11 Dekabr 2019, 13:06 Dövlət Departamenti, Lavrov və Azərbaycan xalçası 11 Dekabr 2019, 13:04 Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA 11 Dekabr 2019, 13:03 İcra başçısı malları yanan sahibkarlara ÜMİD verdi 11 Dekabr 2019, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 11 Dekabr 2019, 12:55 Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədin bəzi detalları AÇIQLANDI 11 Dekabr 2019, 12:49 Tural Gəncəliyev: “Beynəlxalq təşkilatlar daha Ermənistanın yalanlarına inanmır” 11 Dekabr 2019, 12:39 Bakıda evdən 20 min manat oğurlandı 11 Dekabr 2019, 12:37 İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib - FOTO 11 Dekabr 2019, 12:30 ““EuroHome” bazarı sığortalanmayıbsa, bu halda FHN-nin də məsuliyyəti yaranır” - Ekspert   11 Dekabr 2019, 12:26 Əli Həsənov və Hacıbala Abutalıbov YAP-ın tədbirində - FOTOLAR 11 Dekabr 2019, 12:23 Fərid Şəfiyev: “Azərbaycan Avropa İttifaqına üzv olmaq niyyətində deyil” 11 Dekabr 2019, 12:21 Müsavat Partiyası: “Biz Ayaz Mütəllibovu deyil, İsa Qəmbəri nəzərdə tutmuşuq” 11 Dekabr 2019, 12:10 “EuroHome”dakı yanğınla bağlı cinayət işi AÇILDI 11 Dekabr 2019, 11:57 "EuroHome"da mağazaları yanan sahibkarlar yolu bağladılar - Video 11 Dekabr 2019, 11:53 Onlar bələdiyyə seçkilərində nə seçə bilir, nə seçilə 11 Dekabr 2019, 11:50 Noyabrda Azərbaycana turist ən çox bu iki ölkədən gəlib 11 Dekabr 2019, 11:49 Azərbaycanda mərkəzi xəstəxana yandı - FOTO 11 Dekabr 2019, 11:46 “Qayıdış” qəsəbəsinin sakinləri pay torpağı ilə təmin olunub 11 Dekabr 2019, 11:45 Merkel 9 saatlıq danışıqlardan sonra: “Putin, sən qalib gəldin” 11 Dekabr 2019, 11:44 YAP nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər 11 Dekabr 2019, 11:41 28 azərbaycanlı gənc Avropa İttifaqının qərarvermə prosesini təcrübədən keçirdi 11 Dekabr 2019, 11:31 Təhsil Nazirliyi Biləsuvar və Masallıya mediatur təşkil edib - FOTO 11 Dekabr 2019, 11:31 Dünyada daha bir müstəqil dövlət yarana bilər 11 Dekabr 2019, 11:30 Gələn ildən şprislərin fiziki parametrlərinin yoxlanılmasına başlanılacaq - Nazir müavini 11 Dekabr 2019, 11:25 Rusiyada ukraynalı eks-naziri 7 il həbs cəzası gözləyir 11 Dekabr 2019, 11:22 Sabah Bakıda bu yollar bağlanacaq - XƏBƏRDARLIQ 11 Dekabr 2019, 11:16 40 yaşın mübarək, Emin! 11 Dekabr 2019, 11:14 Goranboyda yeni yaşayış binası tikilir 11 Dekabr 2019, 11:13 Ramiz Mehdiyev İlham Əliyevdən YAZDI: “O, ən kiçik eyhamların mənasını başa düşür 11 Dekabr 2019, 11:07 Əfqanıstanda ABŞ-ın hərbi bazasına kamikadze hücumu... 11 Dekabr 2019, 11:01