Modern.az

“Bir kadr öz sahəsində nə qədər uğurlu olsa da, cəmiyyət daim yenilik istəyir”

“Bir kadr öz sahəsində nə qədər uğurlu olsa da, cəmiyyət daim yenilik istəyir”

21 İyun 2019, 13:51

Prezident İlham Əliyevin dünən həyata keçirdiyi kadr dəyişiklikləri gündəmin ən çox müzakirə olunan mövzularından biridir.
Generallar Ramil Usubovu  daxili işlər naziri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunması, Vilayət Eyvazovun daxili işlər naziri postuna irəli çəkilməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin müdafiə sənayesi naziri vəzifəsina aparılması və nəhayət Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi gətirilməsi...

Milli Məclisin üç deputatı bu dəfə Modern.az-a prezidentin kadr islahatlarından danışıblar.


Elman Məmmədov
un sözlərinə görə, kadr sahəsində dəyişikliklər bundan sonra da  davam edəcək:

“Prezident hakimiyyəti dövründə hər zaman bəyan edib ki, bütün sahələrdə daimi  islahatlar aparacaq. Məlum məsələdir ki, bütün sahələrdə islahatlar həyata keçirilir,  o cümləndə kadr sahəsində vaxtaşırı olaraq dəyşiklik baş verir.  Belə düşünürəm ki, qərarların verilməsi çox doğrudur. Vəzifəyə təyin olunan şəxslərin hər biri özünün yüksək səviyyəli iş qabiliyyəti ilə yetərincə tanınıb. Bütün yeni təyinata layiq görülənləri təbrik edir və uğurlar arzulayıram”.

Tahir Kərimli deyib ki, hər hansı bir kadr öz sahəsində nə qədər uğurlu olsa da,  cəmiyyət yenilik istəyir:

“Düzdür, təcrübəli, mühüm dövlət funksiyalarını yerinə yetirən kadrlar lazımdır. Lakin xalq tərəfindən də psixoloji olaraq dəyişikliyə ehtiyac duyulur. Yeni təyin olunan şəxslərin hər biri öz sahəsində yetərincə peşəkar insanlardır. Prezident bu cür sərəncamlarla Azərbaycanda sabitliyin və təhlükəsizliyin qorunub- saxlanılması və möhkəmləndirilməsini təmin edir. Çünki Azərbaycanda məhz bu prinsiplər üzərində iqtisadi inkişafı, harmoniyanı, sosial inkişafı təmin etmək olar. Hər dövlətin sütunlarından biri də sabitlikdir. Məsələn, Liviyada sabitlik pozulandan sonra ümumdaxili məhsul 10 dəfə azalmışdı. Bu  kimi problemlərin yaranmaması üçün sabitliyin qorunması mütləqdir”.


Aydın Mirzəzadə bildirib ki, dəyişikliyin edilməsi prezidentin səlahiyyətində olan məsələdir:

“Təyin edilmiş şəxslər Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Onlar öz fəaliyyətləri ilə dövlətçiliyimiz və prezidentin apardığı dövlət siyasətinə sədaqətləri ilə tanınırlar.  Təyin olduqları işlərdə yeni dövrün tələblərinə uyğun olaraq fəaliyyət göstərəcəklərini düşünürəm.
Keçmiş daxili işlər naziri Ramil Usubovun  Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilməsi prezidentin ona olan yüksək etimadının göstəricisidir. Ramil Usubovun yüksək peşə hazırlığı dövlətçiliyin möhkəmləsində xüsusi rolunu göstərir. Dünyanın bir çox ölkələrində Təhlüksəizlik Şurasının katibi vəzifəsi müstəqil vəzifədir və Azərbaycan da artıq öz dövlətçiliyinin inkişafında o səviyyəyə çatıb ki, bu posta yüksək hazırlıqlı və cəmiyyətin tanıdığı bir şəxsi təyin edilməsinə ehtiyac duyulub. 
Eyni zamanda, gənc kadrların irəli çəkilməsi Azərbaycanda müstəqillik dövründə müstəqilliyin ruhuna, dövlətçiliyin tələblərinə bağlı olan kadr korpusun formalaşdığını göstərir. Yeni təyin olunan şəxslərin hər birinə uğurlar arzulayıram və etimadı doğruldacaqlarına inanıram”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu