Modern.az

Murtuzəli Hacıyevə yeni vəzifə verildi

Murtuzəli Hacıyevə yeni vəzifə verildi

21 İyun 2019, 14:00

Dövlət Fitosanitar Xidmətində (indiki Aqrar Xidmətlər Agentliyi) kadr dəyişikliyi olub. Modern.az-ın məlumatına görə, qurumun mətbuat katibi vəzifəsində çalışan Rövşən Vəziroğlunu Murtuzəli Hacıyev əvəzləyib.

R.Vəziroğlu hazırda işsiz olduğunu bildirib:

“Mən artıq işsizəm. Ya jurnalistika sahəsində (müxbir, admin redaktor, redaktor), ya da ictimaiyyətlə əlaqələr sahəsində (PR menecer, mətbuat katibi və s) hər hansı bir iş olsa, işləməyə və bütün təklifləri qəbul etməyə hazıram.

Ümid edirəm ki, mətbuat katibi işlədiyim 3 il yarım (9 oktyabr 2015-ci il - 12 iyun 2019-cu il) müddətində həmkalarımla işimi qura bildim və heç kimin qəlbini qırmadım. Əgər kiməsə qarşı da kobudluq etdimsə, haqqını halal etsin”.

M.Hacıyev Modern.az-a açıqlamasında yeni vəzifəyə gətirildiyini təsdiqləyib.

 

Qeyd edək ki, Murtuzəli Hacıyev 25 il müddətində Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə - Elm, təhsil baş idarəsində şöbə müdiri, Təbliğat şöbəsinin rəisi, Mətbuat xidməti şöbəsinin müdiri vəzifələrində çalışıb.

Sonuncu təyinatadək toxumçuluq sahəsi üzrə şöbə müdirinin müavini vəzifəsində çalışıb

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?