Modern.az

494 min hektara yaxın ərazidə taxıl biçilib - STATİSTİKA

494 min hektara yaxın ərazidə taxıl biçilib - STATİSTİKA

Aktual

21 İyun 2019, 14:11

Respublika ərazisində taxıl biçini davam edir.

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. 

İyunun 21-nə olan operativ məlumata görə, ölkə ərazisində 493783,4 hektar ərazidə taxıl biçini aparılıb, 284622,5 hektar ərazidə arpa, 209160,9 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1545015,5 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,2 sentner təşkil edir.

Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Ağdam, Kəlbəcər, Neftçala, Saatlı, Balakən, Şuşa, Ucar, rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Füzuli, Cəbrayıl, Laçın, Lənkəran, Samux, Tərtər rayonlarında arpa biçini başa çatmaq üzrədir. İmişli ərazisində arpa əkilmiş 6322 hektar sahənin 6317 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 34,2 s/ha təşkil edir. Tərtər rayonu ərazisində arpa əkilmiş 3814,5 hektar sahənin 3797 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

 

Rayon

Arpa sahəsi, ha

Biçilmiş sahə, ha

Məhsuldarlıq, s/ha

Şəki

21626,3

19230

34,3

Sabirabad

9600

9600

37,5

Zərdab

5730

5730

30,6

Yevlax

5082,5

5082,5

29,0

Cəlilabad

4509,1

4460

35,2

Beyləqan

1765

1760

29,2

Ağsu

16036

15100

31,0

Goranboy

12648

11041

29,0

Qax

2881

2863

26,1

Masallı

2786

2738

21,0

Füzuli

8505

8487

29,1

Ağdam

2215

2155

35,5

Tərtər

3814,5

3797

33,7

İmişli

6322

6317

34,2

Salyan

9917

9398

36,2

Ağdaş

11630

9804

23,5

Saatlı

5822

5822

36,2

Siyəzən

2516

2322

28,5

Balakən

457,7

457,7

28,6

Cəbrayıl

550

548

30,5

Lənkəran

68

67,8

12,1

Ucar

7716

7716

26,7

Neftçala

31404

31404

27,5

Biləsuvar

14900

14885

31,0

Hacıqabul

11008

9967

27,0

 

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır