Modern.az

“Gürcüstanla Rusiya arasında gərginlik Azərbaycan müsbət heç nə vəd etmir” - Deputat

“Gürcüstanla Rusiya arasında gərginlik Azərbaycan müsbət heç nə vəd etmir” - Deputat

Aktual

22 İyun 2019, 17:38

Gürcüstanda rusiyalı deputatın ölkənin parlasment kürsüsündə əyləşməsi ilə başlayan qalmaqal davam edir. Ötən gün Rusiya Gürcüstan ilə bütün aviasiya reyslərinin ləğv olunması barədə əqrar çıxarıb. Azərbaycana qonşu olan 2 ölkə arasında münasibətlərin pisləşməsi regiona hansı təhlükələr törədir?

 

Deputat Rasim Musabəyov Modern.az-a açıqlamasında bildirib ki, Gürcüstan və Rusiya arasında yaşanan ziddiyət Bakı-Tiflis-Qars layihəsinin səmərəsini azaldacaq.

“Çox təəssüf olsun ki, Gürcüstanda vəziyyət  gərginləşir, stabillik pozulur.  Bizə müstəqil və inkişaf edən Gürcüstan dost ölkə kimi çox vacibdir. Bizim bütün kommunikasiya sistemlərimiz Gürcüstandan keçir. Böyük layihələrimizin bir çoxu Gürcüstanla bağlıdır. Bu layihələrin fayda verməsi üçün  stabillik bərqərar olmalıdır. Bakı-Tiflis-Qars dəmir yolu tikilib amma hələ  istifadəyə verilməyib. Bu dəmiryolundan bir çox ölkələrin, o cümlədən Rusiyanın istifadəsi nəzərdə tutulurdu. Lakin Rusiya ilə Gürcüstan arasında münasibətlərin pisləşməsi Rusiyanın bu layihədən istifadə etməsi ehtimalını  azaldır. Gürcüstanda sabitliyin pozulması halı daha da artsa, bu Azərbaycan üçün müsbət heç nə vəd etməyəcək”.

 

Əzizə Zeynal

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi