Arxiv
23 İyun 2019, 10:18 | ÖLKƏ
Məşhurların övladları - Əli Nağıyevin menecer oğlu - FOTOLAR

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

 

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... 

 

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

 

Budəfəki təqdimatımız Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Əli Nağıyevin oğlu İlham Nağıyev barəsindədir...


Son günlər Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəis kimi adı medianın gündəmindən düşməyən Əli Nağıyev 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

O, əməliyyat işçisi vəzifəsindən - leytenantlıqdan başlayaraq xüsusi xidmət orqanlarında işləyib. Bu dövlət orqanında əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, idarə rəisi, müavin səviyyəsinədək yüksəlib.

Bir müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbəri olub.

2004-cü ildə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. Prezident İlham Əliyevin 27 mart 2006-cı il tarixində imzaladığı sərəncamla ona general-mayor hərbi rütbəsi verilib.

Ə.Nağıyev 11 aprel 2011-ci il tarixində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) vəzifəsindən azad edilmişdi. O zaman onun sabiq MTN rəhbəri Eldar Mahmudov tərəfindən həmin sistemdən uzaqlaşdırıldığı heç kimə sirr deyildi. Ekspertlər Əli Nağıyevin peşəkarlığı ilə Eldar Mahmudova mane olduğunu bildirirdilər.



Bununla belə, ölkə rəhbərliyi general Nağıyevə etimad göstərməkdə davam etdi və MTN-dən uzaqlaşdırılandan elə bir ay sonra - 2011-ci ilin mayında Əli Nağıyev yeni vəzifəyə təyin edildi.  

12 may 2011-ci il tarixində baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olundu.

Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixli sərəncamı ilə isə general-mayor Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, 8 il Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsində çalışdı.


Əli Nağıyevin adı Azərbaycan xüsusi xidmət məktəbinin peşəkar nümayəndələrindən biri kimi, DTX rəisi vəzifəsinə namizədlər arasında ön sırada çəkilirdi.

Nəhayət Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini postundan azad olunan general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi.

Vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş və nazir müavini vəzifəsinədək yüksəlmiş Əli Nağıyev kimi peşəkar zabitin yenidən xüsusi xidmət orqanın rəhbərliyinə qaytarılması sabiq “çekistlər” tərəfindən də yüksək qiymətləndirildi.


Əli Nağıyevin oğlu İlham Nağıyev mediaya az-çox tanışdır. Çünki bir müddət Təhsil Nazirliyində çalışmaqla medianın önünə çıxmalı olub.

İlham Nağıyev 1 yanvar 1988-ci ildə Bakıda doğulub. 2004-də Bakı şəhərindəki 43 saylı məktəb-lisey kompleksini bitirib.

2004-2009-da Azərbaycan Dövlət İqtisad Universitetində Biznes inzibatçılığı üzrə bakalavr təhsili alıb.
2005-2006-cı illərdə SOAS London Universitetində Biznes idarəçiliyi və menecment ixtisası üzrə kurs keçib.

2010-2012-də Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi üzrə MBA təhsili alıb.

İlham Nağıyev 2010-cu ilin iyul ayından “Connekt”  şirkətində həmtəsisçilərdən biri olub.
2008-ci ilin mart ayından 2013-cü ilin avqustunadək “Odlar Yurdu Organisation” şirkətinin rəhbərliyində çalışıb.

İyun 2013 - avqust 2016-cı il aralığında “Baku United FC” futzal klubunun prezidenti vəzifəsini tutub.

Daha sonra dövlət qulluğunda çalışıb. Belə ki, 2013-cü ilin sentyabr ayından 2015-ci ilin noyabrınadək Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini vəzifəsində işləyib.

2015-ci ilin noyabrında nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyinat alan İ.Nağıyev 2016-cı ilin sentyabrınadək bu vəzifədə çalışıb.

İlham Nağıyev 2016-cı ilin noyabrından hal-hazıradək “BINE AGRO” şirkətində Müşahidə Şurasının sədri postunu tutur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tələbə adı qazanan Bakı məktəblərinin sayı AÇIQLANDI 15 Sentyabr 2019, 13:35 Ayı İsmayıllı sakininə həyətində hücum etdi 15 Sentyabr 2019, 13:26 Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO   15 Sentyabr 2019, 13:17 Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”   15 Sentyabr 2019, 13:05 Son 4 il 8 ayda texniki itkilər 2 dəfəyə qədər azalıb   15 Sentyabr 2019, 12:54 İlham Əliyev Bilik Günü münasibətilə "Facebook"da paylaşım etdi 15 Sentyabr 2019, 12:45 Özbəkistanın Türk Şurasına gəlişi BƏYANATA səbəb oldu 15 Sentyabr 2019, 12:32 Sabahın hava PROQNOZU - 30 dərəcə İSTİ 15 Sentyabr 2019, 12:29 Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı? 15 Sentyabr 2019, 12:19 Mehriban Əliyevadan Bilik günü TƏBRİKİ 15 Sentyabr 2019, 12:10 Bir şəklin tarixçəsi - Bakıya yeridilən ingilis əsgərlərin AQİBƏTİ 15 Sentyabr 2019, 11:56 Bakıdakı hansı məktəblər sökülüb-tikildi? - SİYAHI 15 Sentyabr 2019, 11:47 Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ 15 Sentyabr 2019, 11:40 Azərbaycanda sabiq deputat vəfat edib 15 Sentyabr 2019, 11:32 İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötür - Cinayətin istintaqı nə yerdədir? 15 Sentyabr 2019, 11:13 Təmizliyin İsveçrə modeli 15 Sentyabr 2019, 10:11 Bu gün “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək 15 Sentyabr 2019, 09:53 Ermənistan atəşkəsi 22 dəfə pozdu 15 Sentyabr 2019, 09:49 “Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Azərbaycanda Bilik günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46