Modern.az

Avropa İttiqafı İranla bağlı qərar qəbul etdi

Avropa İttiqafı İranla bağlı qərar qəbul etdi

23 Yanvar 2012, 14:03

Avropa İttifaqı (Aİ) İrana tətbiq olunacaq sanksiya məsələsində vahid qərara gəlib. Belə ki, 2012-ci il iyulun 1-dən etibarən Aİ ölkələri İrandan neft almayacaq.

Modern.az Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri İrana neft embarqosu tətbiq etmək üçün bir araya gəliblər. Nazirlərin İranın Mərkəzi Bankının hesablarının da dondurulması barədə qərar da qəbul edəcəyi gözlənilir. 

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton görüşmə əvvəlində jurnalistlərə açıqlamasında “sanksiyaların tətbiqində məqsəd İranı danışıqlara cəlb etməkdir” deyə qeyd edib.

Avropa Ittifaqının İrana tətbiq edəcəyi sanksiyalarla bağlı qarşı tərəfdən cavab gəlib. İran parlamentinin xarici əlaqələr və beynəlxalq müdafiə komitəsinin sədr müavini bildirib ki, əgər Aİ sanksiyalarının tətbiqi nəticəsində İrandan xam neftin ixracatı azalarsa, o zaman Hörmüz boğazı tamamilə bağlanacaq.

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir