Modern.az

Əkrəm İmamoglu Ərdoğanı birgə işləməyə çağırdı

Əkrəm İmamoglu Ərdoğanı birgə işləməyə çağırdı

23 İyun 2019, 21:44

“Bu seçkinin ən vacib nəticələrindən biri də Türkiyənin demokratiya prosesinə verdiyi töhfə idi. Bugünkü seçkinin nəticələri İstanbulumuza xeyirli olsun. Minnət duyğularımı bildirmək istəyirəm”.

Modern.az xəbər verir ki, bunu İstanbul Böyük şəhər Bələdiyyə başqanı  seçkilərində böyük fərqlə üstünlük qazanan Əkrəm İmamoğlu mediaya açıqlamasında bildirib.


Əkrəm İmamoğlu qeyd edib ki, tarixi məsuliyyət davam etməkdədir: “Hisslərimi həm media nümayəndələrinə çatdırmaqla yanaşı, həm istanbullu həmşəhərlilərimə, Türkiyəyə və hətta dünyaya Türkiyə adına bir neçə cümlə demək adına özümü məsul hiss edirəm. Amma öncə bu gün on minlərlə, hətta yüz minlərlə deyə ifadə edə biləcəyim seçki qutusu başında vəzifəsini icra edən bütün dostlarıma, günün qəhrəmanlarına minnət duyğularımı çatdırmaq istəyirəm. Onlar bu günün demokratiya qəhrəmanları idi. Göstərdikləri xidməti hər zaman gözəl bir xatirə olaraq xatırlayacaqlar”.  


Əkrəm İmamoğlu təşəkkürlərlə dolu çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da müraciət edib: “Mövzumuz 16 milyon insanın ehtiyacı və İstanduldur. Mən İstanbul üçün Sizinlə birgə işləməyə hazıram. Mandatımı alıb, işə başlamaq arzusundayam. Və yol xəritəmizi hazırlamaq üçün Sizə müraciət edirəm. Vətəndaşlarımız siyasi mübahisələrdən, münaqişələrdən bezib. Xidmət, istehsal və çarə yolunu gözləyir”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər