Arxiv
24 İyun 2019, 09:26 | AKTUAL
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub

Sankt - Peterburqda keçirilən Dünya Neft Şurasının iclasında  2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Modern.az xəbər verir ki, Dünya Neft Şurasının 41 üzv ölkəsinin iştirakı ilə keçirilən səsvermədə Azərbaycandan yalnız 1 səs fərqi ilə Kanada seçilib. Azərbaycanla yanaşı Kanada, Argentina, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanın mübarizə apardığı səsvermə 4 mərhələdə keçirilib. Final mərhələsinə qalan Azərbaycan 20, Kanada isə 21 səs toplayıb. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, ilk dəfə namizədliyini irəli sürmüş ölkə olaraq Azərbaycanın belə yüksək səslə finala qədər gəlməsi Dünya Neft Şurası tarixində nümunə sayılacaq hadisədir. “Təcrübə göstərir ki, Dünya Neft Konqresinə ev sahibliyi hüququ  bir neçə dəfə namizədlik cəhdindən sonra əldə edilir. Türkiyə, ABŞ məhz üç  dəfə namizədliklərini irəli sürdükdən sonra seçiliblər. Azərbaycandan fərqli olaraq  Qazaxıstan,  Kanada, Birləşmiş Ərəb Əmirlikləri və Argentina bir neçə dəfə namizəd kimi  mübarizəyə qatılıblar. Dünya Neft Şurasında uzun illərdir təmsil olunmalarına və aktiv fəaliyyətlərinə baxmayaraq, bu ölkələrlə müqayisədə Azərbaycan ilk dəfədən belə bir səs çoxluğu qazana bildi”.


Energetika naziri kifayət qədər güclü namizədlər arasından ölkəmizə belə bir münasibəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycanın artan beynəlxalq nüfuzu, enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi güclənən strateji mövqeyi ilə izah edib: “Bütün bu reallıqlara bugünkü prosesdə iştirak edən ölkələrin münasibətində bir daha şahid olduq”, deyə nazir əlavə edib.    


Nazir qeyd edib ki, səsvermə prosesində namizəd kimi iştirak Azərbaycana daha bir təcrübə qazandırıb. Yanvar ayından aparılan kampaniya ölkəmizin dünya miqyasında bir daha tanıdılmasına, dəyərlərimizin təbliğinə xidmət edib. Eyni zamanda, Dünya Neft Şurası üzvləri ilə əməkdaşlıq əlaqələrimiz daha da möhkəmlənib.


Qeyd edək ki, Dünya Neft Şurası tarixində  ilk dəfə olaraq səsvermə prosesi 5 namizədlə 4 mərhələdə keçirilib. Səsvermədən əvvəl ölkələrin təqdimatları dinlənilib.   Tədbirdə Energetika naziri Pərviz Şahbazov çıxış edib. Neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən videoçarx və təqdimatlar nümayiş etdirilib. Həmçinin, Dünya Neft Şurası üzvlərini ölkəmiz barəsində daha ətraflı məlumatlandırmaq məqsədilə Azərbaycan xüsusi stendlə təmsil olunub.


1933-cü ildə  yaradılan, 62 üzvdən ibarət Dünya Neft Şurasına Azərbaycan 2005-ci ildə üzv seçilərək “Milli Neft Komitəsi” İB-ni təsis edib və indiyə kimi bu mötəbər qurumun tədbirlərində fəal iştirak edib.   

 
Dünya Neft Şurasının mühüm platforması kimi üç ildən bir keçirilən Dünya Neft Konqresi neft-qaz sahəsində baş verən proseslərin qlobal miqyasda müzakirəsi və yeni çağırışların birgə dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq” - Əli Nağıyev 16 İyul 2019, 20:17 Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20 Manat və dolların sabahkı məzənnəsi 16 İyul 2019, 17:05 Rövşən Rzayev vətəndaşları qəbul etdi 16 İyul 2019, 16:59 Şəmkirdə muzey əşyaları ilə bağlı təqdimat keçirildi 16 İyul 2019, 16:54 Türk alimləri süni ürək və qaraciyər hazırlayır 16 İyul 2019, 16:43 Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA 16 İyul 2019, 16:42 Dövlət Sərhəd Xidmətinin rəisi tapşırıqlar verdi 16 İyul 2019, 16:35 Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü 16 İyul 2019, 16:32 51 abituriyentin qiymətində dəyişiklik edildi 16 İyul 2019, 16:31 “Ermənilər görəcəklər ki, bu bikar söhbətlərdir” - Deputatlardan Konqresin qərarını REAKSİYA 16 İyul 2019, 16:18 "Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı 16 İyul 2019, 16:11 Biləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırır 16 İyul 2019, 16:06 Cəlilabad sakini Bakıda maşını aşırdı, öldü   16 İyul 2019, 15:57 Zakir Həsənov hərbi hissələri yoxladı - FOTOLAR 16 İyul 2019, 15:30 Sabahın hava PROQNOZU 16 İyul 2019, 15:12 Azərikimya” Etilen-polietilen zavodundakı ölümlə bağlı məlumat YAYDI 16 İyul 2019, 15:07 İran Birləşmiş Ərəb Əmirliklərinin tankerini ələ keçirdi   16 İyul 2019, 14:46 Novruz Məmmədov Səudiyyəli nazirlə görüşüb 16 İyul 2019, 14:37 “Qarabağ” Donald Geryeylə yollarını ayırdı 16 İyul 2019, 14:35 Boşluqdan qaçışa çağırış 16 İyul 2019, 14:20