Arxiv
24 İyun 2019, 10:26 | AKTUAL
“Softprom by ERC”in nümayəndələri Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbində (BANM) “Softprom by ERC” şirkətinin nümayəndələrinin görüşü keçirilib. Görüşün əsas məqsədi şirkətin Ali Məktəblə birgə effektiv əməkdaşlığının qurulması və gələcək perspektivlərinin müzakirəsi olub. Görüşdə “Softprom by ERC” şirkətinin Azərbaycan, Gürcüstan və Türkmənistan ölkələri üzrə baş meneceri Oleq Çeçnev, şirkətin biznesin inkişafı üzrə meneceri Elşən Məcidov, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyeva və kafedranın professor-müəllim heyəti iştirak edib.

 

Modern.az xəbər verir ki, qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in rektoru Elmar Qasımov ölkədə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca effektiv əməkdaşlıq qurulduğunu bildirib. Rektor həmçinin tezliklə Ali Məktəbdə İKT Akademiyası və laboratoriyasının açılışının olacağını və bunun Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını şirkət nümayəndələrinin diqqətinə çatdırıb. O, gələcəkdə avtomatika sahəsində ixtisaslı kadrların sayının artırılması və professor-müəllim heyətinin daha da təkmilləşdirilməsi istiqamətində IT kursların, təlimlərin keçirilməsi üçün “Softprom by ERC” şirkəti ilə əməkdaşlığın qurulmasının vacib olduğunu vurğulayıb.

 

“Softprom by ERC” şirkətinin Azərbaycan, Gürcüstan və Türkmənistan ölkələri üzrə baş meneceri Oleq Çeçnev bildirib ki, şirkətin yaratdığı Tədris Mərkəzində EC-Council, ISC, ISACA, IAPP, CompTIA kimi istehsalçılarla birgə informasiya təhlükəsizliyi üzrə Cybersecurity kursları keçirilir. O qeyd edib ki, gələcəkdə BANM-lə qurulmuş əməkdaşlıq nəticəsində şirkətin əməkdaşları proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələrə İT sahəsində yeni bilik və bacarıqların öyrədilməsi, onları ən son proqram təminatı ilə təchiz edə bilməsi və informasiya təhlükəsizliyinin təşkili istiqamətində kurslar təşkil edə bilərlər.

 

Sonda qonaqlar Ali Məktəbin kampusu və yaradılmış şəraitlə yaxından tanış olublar.

 

“Softprom by ERC” şirkəti 1999-cu ildə yaradılıb. Şirkət əsasən informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış istehsalçılarla əməkdaşlıq edərək MDB və Şərqi Avropa bazarlarında fəaliyyət göstərir. Şirkət 2015-ci ildə Avropanın ən böyük distribüter şirkətlərindən olan ERC ilə birləşərək rəsmi olaraq “Softprom by ERC” kimi fəaliyyətini davam etdirir. Nəticədə şirkət “CISCO”, “Fortinet”, “VMware”, “Milestone”, “Stultz”, “Legrand”, “Google”, “Cyberbit”, “Trap-X” kimi dünya şöhrətli aparıcı İKT üzrə istehsalçılarla müqavilə imzalayıb. “Softprom by ERC” 2009-cu ildə Azərbaycanda fəaliyyətə başlayıb və İKT üzrə fəailiyyət göstərən bütün şirkətlərlə əməkdaşlıq edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saxta yuyucu vasitələr istehsal edən sexlər aşkarlanıb     23 Oktyabr 2019, 17:07 AMEA-nın prezidentliyinə Ramiz Mehdiyevin namizədliyi təklif  edildi - YENİLƏNİB 23 Oktyabr 2019, 17:06 İlham Əliyev Lyudmila Duxovnayanı “Şöhrət” ordeni ilə təltif etdi 23 Oktyabr 2019, 17:04 Türkiyə Suriyada əməliyyatları dayandırdı 23 Oktyabr 2019, 17:00 Rövşən Rzayev İsveçrə səfiri ilə görüşdü 23 Oktyabr 2019, 16:56 Mikayıl Cabbarovun İqtisadiyyat Nazirliyinə gətirilməsi böyük ETİMADDIR 23 Oktyabr 2019, 16:47 Prezident Akif Əlizadəyə də orden verdi 23 Oktyabr 2019, 16:46 Ölkə başçısı vəzifədən gedən Ramiz Mehdiyevi qəbul etdi - FOTOLAR 23 Oktyabr 2019, 16:42 Mərkəzi Seçki Komissiyasının yeni sədr müavini seçilib 23 Oktyabr 2019, 16:23 Prezident Ramiz Mehdiyevə yeni vəzifə verdi 23 Oktyabr 2019, 16:20 Prezidentdən Ramiz Mehdiyevlə bağlı daha bir SƏRƏNCAM 23 Oktyabr 2019, 16:19 Ramiz Mehdiyev vəzifəsindən AZAD EDİLDİ 23 Oktyabr 2019, 16:14 Prezident Azərbaycanın yeni iqtisadiyyat nazirini qəbul etdi - FOTO 23 Oktyabr 2019, 16:07 “Tək Akif Əlizadə ilə siyahı yekunlaşmayacaq” - Deputatlardan Prezidentin çağırışına DƏSTƏK 23 Oktyabr 2019, 15:59 İcbari Tibbi Sığortanın tətbiqi 2021-ə qalır? 23 Oktyabr 2019, 15:52 Rövşən Rzayev UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb 23 Oktyabr 2019, 15:29 Prezident üç qurumu - 1 nazirliyi, 1 komitəni və 1 agentliyi LƏĞV ETDİ 23 Oktyabr 2019, 15:13 Yeni İqtisadiyyat nazirinin DOSYESİ 23 Oktyabr 2019, 15:05 Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edildi, yeni posta APARILDI 23 Oktyabr 2019, 14:55 67 yaşlı səfir qocaman məmurlar əleyhinə fikirlərə belə CAVAB VERDİ 23 Oktyabr 2019, 14:53 Türkiyə “Barış Pınarı” əməliyyatını DAYANDIRDI 23 Oktyabr 2019, 14:50 İtkin düşmüş balıqçının axtarışları davam etdirilir   23 Oktyabr 2019, 14:44 Türk Dövlətləri Birliyinə doğru daha bir addım - Deputat YAZIR 23 Oktyabr 2019, 14:39 AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub  23 Oktyabr 2019, 14:30 “9 ayda 90 minə yaxın əmək müqaviləsi qeydə alınıb” - Vergilər Nazirliyi 23 Oktyabr 2019, 14:29 Milli Elmlər Akademiyasının gəlmiş-getmiş PREZİDENTLƏRİ 23 Oktyabr 2019, 14:23 ASCO yüksək bal toplayan tələbələrə əlavə TƏQAÜD verəcək 23 Oktyabr 2019, 14:11 Bakıdakı “güzəştli mənzil”lər uğrunda 3807 nəfər mübarizə aparıb 23 Oktyabr 2019, 13:30 Soçi ANLAŞMASI: “Rusiya Türkiyənin narahatlığını anladı” 23 Oktyabr 2019, 13:27 Rusiya-Türkiyə protokolu: Proses 150 saat içində tamamlanacaq 23 Oktyabr 2019, 13:12 Azərbaycanın yaşlı diplomatları da istefa verəcək? - SİYAHI 23 Oktyabr 2019, 13:09 Məhkəmə Mübariz İbrahimovu təhqir edən qıza CƏZA verdi 23 Oktyabr 2019, 12:50 Halal olsun, Qənirə xanım! 23 Oktyabr 2019, 12:44 Sabah hava necə olacaq? - PROQNOZ 23 Oktyabr 2019, 12:34 AMEA-nın yeni prezidentliyinə ŞOK NAMİZƏD 23 Oktyabr 2019, 12:22