Arxiv
24 İyun 2019, 10:41 | AKTUAL
“İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” konfransının açılışı olub

İyunun 22-də Azərbaycan Dillər Universitetində (ADU) “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” III konfransının açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, konfrans Tanq Araşdırma Fondunun dəstəyi, İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamenti və Pekinq Universitetinin Tarix Departamentinin birgə təşkilatçılığı ilə baş tutub.

 

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqları salamlayıb və universitetin səmimi dostluq münasibətlərinə əsaslanan görüşlərə ev sahibliyi etməsindən məmnun olduğunu deyib:

“Bizim universitet bu kimi səmimi dostluq münasibətində keçən görüşlərin çox mötəbər və etibarlı dayaq nöqtəsinə çevrilib. Biz çox şadıq ki, bizim auditoriyamızda iki böyük dövlətin – ABŞ və Çin Xalq Respublikasının İndiana və Pekinq Universitetinin görkəmli alimləri, professorları, əməkdaşları bizim universitetimizin əməkdaşları ilə bir araya gəliblər. Xalqlar arasında mədəni əlaqənin qədim Çindən başlayan İpək Yolu ilə bağlı araşdırmalarından başqa daha uyğun və əsaslandırılmış mövzu tapmaq çətin olardı. Əlbəttə ki, Çindən Avropaya qədər uzanan İpək Yolu yalnız ticarət yolu olmayıb, eyni zamanda mədəniyyət, inkişaf, maarif yoluna çevrilib. Bizim universitet və Belqrad Universiteti arasında İpək Yolu üzərində kitabxanalar mövzusunda maraqlı konfrans keçirildi. Bu konfransın nəticəsində biz gördük ki, nə qədər öyrənilməmiş mövzular, açılmamış mətləblər gizlənir. İnanıram ki, bu gün də İndiana və Pekinq universitetlərinin nümayəndələri İpək Yolunu tədqiq edərkən bu elmi söhbətlər öz yerini gələcək dostluq münasibətlərinə çevirəcəkdir. Sevinirəm ki, bu dostluğun əsası bizim universitetdə, Azərbaycanda qoyulacaq. Bu dostluq kimyəvi reaksiya kimi genişlənib universitet camiələrini bütövlükdə əhatə edəcəkdir. Biz də həmişə sizin yanınızda olmağa çalışacağıq. Bu problemin həllində bizim universitetin də iştirakı əməkdaşlarımız üçün çox faydalıdır. Bu gün Azərbaycanın ədəbiyyatı, mənəviyyatı, tarixi, uzaq və yaxın keçmişi, gələcək perspektivləri bütün cəmiyyət tərəfindən elmi baxımdan araşdırılmaqdadır. Təkcə Azərbaycan alimləri tərəfindən deyil, bu araşdırmalar dünya alimləri tərəfindən aparılır. Çox ciddi və fədakarcasına görülən işlər bu cür konfranslar vasitəsilə də daha yaxşı tanınır. Sizə Azərbaycanda gözəl vaxt keçirməyinizi arzu edirəm. Arzu edirəm ki, bu universitetlər arasında yaranan elmi əməkdaşlıq və birlik dostluğa çevrilsin və o dostluqda azərbaycanlı alimlər də, Azərbaycan cəmiyyətinin üzvləri də yaxından iştirak etsinlər. Bizim arzumuz bu gün Azərbaycanı sülh şəraitində yaşayan, inkişaf edən dövlət kimi görməkdir. İnanıram ki, həm Amerikanın, həm də Çinin ən mütərəqqi qüvvələri Azərbaycan həqiqətlərini obyektiv şəkildə dəyərləndirir və qiymət verirlər. Universitetimiz sizə öz qapılarını açdığı üçün xoşbəxtəm. Arzu edirəm ki, Çinin və Amerikanın üzərində olan açıq səma, sülh şəraiti Azərbaycan və digər ölkələrdə də olsun”.

 

İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamentinin rəhbəri Cəmşid Çoksi konfransın məqsədi haqqında məlumat verib. O, konfransın 2017-ci ildə Pekinq Universitetində. 2018-ci ildə isə İndiana Universitetində keçirildiyini diqəqət çatdırıb. Konfransın mövzusu ilə bağlı danışan C.Çoksi növbəti müzakirələrin məhz Azərbaycan Dillər Universitetində keçirilməsindən məmnun olduğunu bildirib. O, konfransın keçirilməsində göstərdiyi dəstəyə, yaratdığı şəraitə görə ADU rəhbərliyi başda olmaqla, əməyi keçən hər kəsə təşəkkürünü bildirib. İndiana Universitetinin professoru, “Turkish Flagship” proqramının direktoru Kamal Silay, Pekinq Universitetinin Tarix fakültəsinin dekan müavini Zan Tao öndəgedən universitetlərdən biri olan ADU ilə əməkdaşlıqdan məmnun olduqlarını söyləyiblər, konfransın Bakıda keçirilməsində dəstək göstərən hər kəsə təşəkkürlərini bildiriblər.

 

Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Pekinq Universitetinin professorları Li Bozhoinq “Rixtofenə dönüş: İpək yoluna yenidən nəzər salınması”, Fan Jinqjinq “Hindistandan Çinə doğru Avadana: Ədəbi janrın transformasiyası” və Luo Xin “Şimali Vei nəslinin Cənnət üçün ibadət mərasimlərində Taxta qütbləri”, İndiana Universitetinin professorları Kamal Silay “Çinin Müasir İpək Yolu və Türkiyə Respublikası üçün mədəni və siyasi təzahürləri”, Qardner Bovinqdon “Almatı Bakının gözü ilə: Orta Asiya şəhərlərini müqayisəli qavrama” və Aybike Tezel “Köçəri dünyada oturaq yaşam elitası: Erkən orta əsrlər Mərkəzi Avrasiyasında köçəri-oturaq anlayışlarının qarşılıqlı təsiri”, Renmin Universitetinin professor Li Xiao “Şərq və Qərb mədəniyyətləri mübadiləsi: Arxeoloji kəşflərdən baxış”, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova “Kimlik repertuarı kontekstində dil davranış və münasibətləri: Azərbaycan faktı” mövzularında çıxış ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yasamalın yeni icra başçısının sakinlərlə ilk görüşü - FOTOLAR 15 Noyabr 2019, 18:42 Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib - FOTO 15 Noyabr 2019, 18:32 Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var 15 Noyabr 2019, 18:24 Bu gün hamı Universitet deyirdi - FOTO   15 Noyabr 2019, 18:15 İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib 15 Noyabr 2019, 18:07 S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi? 15 Noyabr 2019, 18:00 Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO 15 Noyabr 2019, 17:54 Lerikin 3 kəndinə qaz verildi - FOTO 15 Noyabr 2019, 17:45 İstirahət günlərinin HAVA PROQNOZU 15 Noyabr 2019, 17:37 Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı 15 Noyabr 2019, 17:30 Rəşad Tağıyev vətəndaşları qəbul - FOTO   15 Noyabr 2019, 17:23 Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM 15 Noyabr 2019, 17:11 İlham Əliyev Sultan Dadaşova orden verdi 15 Noyabr 2019, 17:08 Manatın üç günlük məzənnəsi AÇIQLANDI 15 Noyabr 2019, 17:06 Nazir bələdiyyə sədrinin xahişini yerinə yetirdi - FOTO 15 Noyabr 2019, 17:02 Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi 15 Noyabr 2019, 16:54 “ABŞ-la Çin arasında müharibənin nəticələri...” - Məşhur diplomatdan XƏBƏRDARLIQ 15 Noyabr 2019, 16:50 Nümayəndə heyətimiz VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir 15 Noyabr 2019, 16:46 Türkiyə millisində 9 futbolçu heyətdən ÇIXARILDI 15 Noyabr 2019, 16:39 Prezident Feysəl bin Muammarı ilə görüşüb - FOTO 15 Noyabr 2019, 16:32 “AzerGold” QSC İSO beynəlxalq standart sertifikatlarına layiq görülüb 15 Noyabr 2019, 16:26 Xalq artisti həbsdə olan qardaşına baş çəkdi - FOTO 15 Noyabr 2019, 16:17 İlham Əliyev qüdslü ravvini qəbul edib 15 Noyabr 2019, 16:10 BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub 15 Noyabr 2019, 16:02 Xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı AÇIQLANDI   15 Noyabr 2019, 15:56 Bakıda Milli Qəhrəmanın heykəli qoyuldu - FOTO 15 Noyabr 2019, 15:38 İcra başçısı Xəsədərli kəndində səyyar qəbul keçirib 15 Noyabr 2019, 15:36 Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto 15 Noyabr 2019, 15:22 İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO 15 Noyabr 2019, 15:16 Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərlənib 15 Noyabr 2019, 15:15 Prezident Bilal Əliyevə mənzil bağışladı 15 Noyabr 2019, 15:07 Əliyar Ağayev Avro-2020 oyununa təyinat aldı 15 Noyabr 2019, 15:02 Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib 15 Noyabr 2019, 14:57 Azərbaycanın qeyri neft-qaz sektorunda əlavə dəyər artıb 15 Noyabr 2019, 14:55 "Nəsimi ili" müsabiqəsinə yekun vuruldu 15 Noyabr 2019, 14:48