Arxiv
24 İyun 2019, 11:29 | AKTUAL
Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdü - YENİLƏNİB

İyunun 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ilə görüşüb.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun ölkəmizdə keçirilməsi barədə verilən qərara görə minnətdarlığını ifadə etdi və forumun nəticələrinin dövlət xidmətlərinin islahatları ilə bağlı proseslərə, bu istiqamətdə fikir və təcrübə mübadiləsinin aparılmasında iştirakçı ölkələrə faydalı olacağına ümid etdiyini bildirdi. Azərbaycanın BMT ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edən Mehriban Əliyeva Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkünə BMT tərəfindən göstərilən yardımı yüksək qiymətləndirdi. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərə toxunan Birinci vitse-prezident ölkəmizin həm də bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğuladı və Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunun da uğurla keçəcəyinə əminliyini ifadə etdi.

 

Xoş sözlərə görə təşəkkür edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirdi. Bakıda dövlət xidmətləri ilə bağlı növbəti Forumun keçirildiyini deyən Liu Cenmin bu Forumda xeyli sayda nümayəndənin iştirakının önəmini qeyd etdi. Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyini bildirən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini bütün bu işlərin Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində mümkün olduğunu vurğuladı. Liu Cenmin BMT-nin təşkilata üzv 193 dövlətlə birgə 2032-ci il üçün Dayanıqlı İnkişaf Məqsədləri gündəliyinin icrası ilə məşğul olduğunu qeyd etdi və bu işdə dövlət xidmətlərinin səviyyəsinin təkmilləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsti hava 6 nəfərin həyatına son qoydu 20 İyul 2019, 21:24 Moskvada 12 min insan etiraza qalxdı 20 İyul 2019, 21:09 Astarada DTX polkovniki həbs edildi 20 İyul 2019, 20:51 Nazir 261 nəfəri xidmətə qəbul etdi 20 İyul 2019, 20:32 Direktor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədi 20 İyul 2019, 20:19 Türkiyə diplomatlarını öldürənlər ələ keçirildi 20 İyul 2019, 20:02 Qusarda qoyun oğruları tutuldu 20 İyul 2019, 17:43 Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır 20 İyul 2019, 17:15 Gömrük Komitəsinin sədri media ilə əlaqələri genişləndirmək istəyir 20 İyul 2019, 17:06 Bakıda yanğın - 6 nəfər təxliyə olundu 20 İyul 2019, 16:52 Yaqub Mahmudov jurnalistlərə təbrik ünvanladı 20 İyul 2019, 16:32 Gömrük 46 min dollarlıq telefonlara 28 min manat rüsum alıb - RƏSMİ 20 İyul 2019, 16:25 Bakıda “avtoşluq” edib sosial şəbəkələrdə yayan sürücü həbs edildi 20 İyul 2019, 16:16 Vilayət Eyvazov sıra baxışı keçirdi 20 İyul 2019, 16:14 Ekspert yay məktəblərinə qarşı çıxdı 20 İyul 2019, 15:26 Zakir Həsənov düşmənə zərbə endirməyi tapşırdı 20 İyul 2019, 15:17 Mirmahmud Mirəlioğlu Leyla Yunus haqda sərt DANIŞDI: “Erməni gəlini” 20 İyul 2019, 15:00 İlham Əliyev Belçika Kralını təbrik edib 20 İyul 2019, 14:38 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİB 20 İyul 2019, 14:09 Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 1102 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12