Arxiv
24 İyun 2019, 12:40 | AKTUAL
“Namizədlər bu işə məsuliyyətsiz yanaşıb” – Məleykə Abbaszadə  

"Çox təəssüf ki, dövlət qulluğuna qəbul üçün sənəd verən namizədlərlə cəmi 7996 müsahibə keçirilib, 6506 müsahibə isə namizədlərin bu işə məsuliyyətsiz yanaşmasına görə baş tutmayıb. Onlar qeydiyyatdan keçsələr də, müsahibələrə gəlməyiblər, halbuki bu müsahibələrin təşkilinə kifayət qədər insan, vaxt və maddi resurs sərf olunur".

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul üçün test imtahanları inzibati vəzifələrin iki növü – inzibati rəhbər (idarəetmə) və inzibati icraçı vəzifələrin aid olduğu beş vəzifə qrupu üzrə keçirilir. İmtahanlar ayda bir dəfədən az olmayaraq təşkil olunur.

 

DİM tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə 2017-ci ilin noyabr ayından start verildiyini xatırladan M.Abbaszadə qeyd edib ki, bu müddət ərzində dövlət qulluğuna qəbul üzrə 19, o cümlədən 2017-ci ildə 2, 2018-ci il ərzində 12, cari ilin beş ayı ərzində isə 5 test imtahanı keçirilib.

 

Test imtahanlarında iştirak üçün 16241 namizəd qeydiyyatdan keçib, onlardan 16 019 nəfər imtahanlarda iştirak edib. Keçirilən test imtahanlarında 5644 namizəd, o cümlədən inzibati rəhbər vəzifələr üzrə 191, inzibati icraçı vəzifələr üzrə 5453 namizəd uğur qazanıb. Test imtahanlarında uğur qazanan şəxslərə DİM tərəfindən test imtahanından keçmək haqqında müvafiq vəzifə qruplarına uyğun sertifikatlar verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir.

 

M.Abbaszadə əlavə edib ki, DİM-in fəaliyyəti dövründə keçirilən müsabiqə üzrə müsahibələrdə 1991 uğurlu müsahibə qeydə alınıb, 1056 nəfər dövlət orqanlarında müxtəlif inzibati vəzifələrə təyin olunub. Daxili müsahibələr üzrə qeydə alınmış 874 uğurlu müsahibənin nəticəsində 754 nəfər, ümumi müsahibələr üzrə qeydə alınmış 558 uğurlu müsahibənin nəticəsi olaraq 389 nəfər dövlət qulluğunda işlə təmin olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb 22 Noyabr 2019, 21:34 "Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Mehriban Əliyeva Vladimir Putinlə görüşdü - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34 Şah Mat Teatrından növbəti tamaşa 22 Noyabr 2019, 17:30 Fəxrəddin Abbasovun məhkəməsi başladı 22 Noyabr 2019, 17:27 Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23 Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub 22 Noyabr 2019, 17:22 Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəs Qarayev 22 Noyabr 2019, 17:10 Qidalardan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03  “2020-ci ildə 100-ə qədər tələbənin xaricdə təhsili maliyyələşdiriləcək” 22 Noyabr 2019, 16:59 Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50 Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ 22 Noyabr 2019, 16:49 Yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM 22 Noyabr 2019, 16:38 Putin dekabrın 19-da növbəti mətbuat konfransı keçirəcək 22 Noyabr 2019, 16:33