Modern.az

Abid Tahirlinin yeni monoqrafiyası nəşr olunub

Abid Tahirlinin yeni monoqrafiyası nəşr olunub

Aktual

24 İyun 2019, 15:19

Azərbaycan Respublikası Prezidentinin ədəbiyyatımızın tanınmış simalarından biri, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, istiqlal mücahidi    Ceyhun Hacıbəylinin (1891-1962) anadan olmasının  125 illiyinin keçirilmişi ilə bağlı  19  noyabr   2015- ci il tarixli  sərəncamı ədəbi- mədəni  irsə, milli  sərvətlərə,  istiqlal mücadiləsi tarixinə, onun bayraqdarlarının irsinə qayğının, milli dövlət qurucularının  ideallarına sədaqətin parlaq nümunəsidir və böyük tarixi əhəmiyyət kəsb edir. Ötən müddət ərzində Ceyhun Hacıbəylinin həyat və yaradıcılığının tədqiqi, təbliği sahəsində təqdirəlayiq tədbirlər həyata keçirilmiş,  kitablar nəşr olunmuş, müxtəlif mövzularda elmi konfranslar təşkil edilib.


Bu günlərdə  filologiya elmləri doktoru Abid Tahirlinin nəfis tərtibatla buraxılan  “Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu”  adlı irihəcmli monoqrafiyası  ( Bakı, “Elm və təhsil” nəşriyyatı, 344 səh.)  istiqlalçı ədibin və ümumiyyətlə, mühacirət ədəbi irsinin tədqiqinə, çağdaş ədəbiyyatşünaslığa  təqdirəlayiq töhfədir. Azərbaycan Milli Elmlər Akademiyası Nizami  Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şu­ra­sının 19 iyun 2017-ci il tarixli (protokol №8) qərarı ilə çapı tövsiyə edilmiş monoqrafiyanın  elmi redaktoru filologiya üzrə elmlər doktoru, dosent Nikpur Cabbarlı, rəyçilər filologiya üzrə elmlər doktoru Nailə Muradəliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent  Şahbaz Şamıoğludur (Musayev).

 
Monoqrafiyada Abid Tahirli çoxşaxəli, çoxplanlı ədəbi irsə sahib olan    Ceyhun Hacıbəylinin  mühacirətəqədərki və mühacirət dövrü yaradıcılığını janrına, ideyasına, mövzusuna, məzmununa, dilinə, üslubuna görə dərindən, müasir tələblərə uyğun təhlil süzgəcindən keçirir, sanballı elmi-nəzəri qənaətlər irəli sürür. Elmi-tədqiqat əsərində verilmiş “Ceyhun Hacıbəylinin əsərlərinin biblioqrafik göstəricisi” də böyük maraq doğurur və Ceyhun Hacıbıyli tədqiqatçıları üçün faydalı mənbədir.

 

 

 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir