Modern.az

Bakıda tapılan meyitin yiyəsi axtarılır - FOTO

Bakıda tapılan meyitin yiyəsi axtarılır - FOTO

24 İyun 2019, 18:06

Cari il iyun ayının 23-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsi 78 ünvanında təxminən 50-55 yaşlarında avtomobil tərəfindən vurularaq öldürülən naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, həmin şəxsin xarakterik əlamətləri belədir:  boyu 170-175 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qaradır. Tapılan zaman əynində boz rəngli şalvar və çəhrayı rəngli köynək olub.    


Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu  Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə  (012) 450-02-02, həmçinin (070) 272-00-73 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.      

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir