Modern.az

Azərbaycanda temperatur normadan 7-8 dərəcə yüksəkdir - RƏSMİ

Azərbaycanda temperatur normadan 7-8 dərəcə yüksəkdir - RƏSMİ

25 İyun 2019, 15:33

Bu ilin iyun ayının ilk günlərindən anomal hava şəraiti  müşahidə olunmaqdadır.

 

Bu haqda Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

 

“Biz keçən ilin iyun ayı ilə müqayisəli təhlil aparsaq havanın temperaturu 5-7 dərəcə yüksəkdir. Yəni keçən ilin iyun ayı bu ilin iyun ayı ilə  müqayisədə sərin keçib. Neçə gündür Bakıda temperaturun sutkalıq maksimum göstəriciləri  yenilənir. Qeyd edək ki, Bakıda havanın temperaturu 37 dərəcə müşahidə olunur, Abşeron yarımadasında 39.6 dərəcəyə qədər yüksəlib. Aran bölgəsində isə 40-42 dərəcə qeydə alınıb. Norma göstəriciləri ilə müqayisədə havanın temperaturu 7-8 dərəcə yüksəkdir. Belə hava şəraiti Azərbaycanda iyul ayının ikinci yarısı və avqust ayları üçün səciyyəvidir”.

 

Umayra Tağıyeva bildirib ki, iyun ayının 26-27-də Bakını kəskin istilərdən xilas edən şimal küləyi əsəcək.

 

“İyun ayının 26-da şimal küləyi əsəcək və sürəti artacaq. Buna görə də bu havanın temperaturunun 35-36 dərəcədən yüksək olmasına şərait yaratmayacaq. Ən isti günlər ayın 26-na qədər olan günlərdir. İyun ayının 28-29-da atmosfer təzyiqi normadan aşağı olacaq. Külək əsasən cənub-şərq istiqamətli göstərilir.

 

Buna görə də nisbi rütubət normadan bir qədər yüksək olacaq. Eyni zamanda havanın temperaturu yenidən bir qədər yüksələcək. Buna görə də ayın 29-da əlverişsiz hava şəraiti gözlənilir. Əhaliyə bildirmək lazımdır ki, isti hava şəraitində səhhətlərinə diqqət etsinlər. Günəşin altında çox gəzmək olmaz. Ayın 30-da yenidən şimal küləyi gözlənilir. Yəni  iyul ayının ilk günləri kəskin istilər gözlənilmir, hava temperaturu normadan yüksək olmayacaq".

 

Nuranə DAXİLQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi