Arxiv
25 İyun 2019, 16:28 | AKTUAL
Rövşən Rzayev köçkünlərin şikayətlərini dinlədi

İyunun 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərin növbəti qəbulunu keçirib.

 

Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət hüquqlarını mövcud qanunvericilik əsasında sərbəst və rahat həyata keçirməsi üçün zəruri şərait yaradılıb.

 

Dövlət Komitəsində bu gün keçirilən qəbulda 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.

 

Məcburi köçkünlərə bir daha bildirilib ki, onların problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və bu proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillə birinci növbədə təmin edilməsi barədə tapşırığı icra olunur.

 

Qəbula gələn vətəndaşların qaldırdıqları məsələlər diqqətlə araşdırılacaq və mövcud qanunvericilik çərçivəsində həll ediləcəkdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır 21 İyul 2019, 14:17 UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə etdi 21 İyul 2019, 14:05 Bakı-Sumqayıt yolunda "Shacman" aşıb 21 İyul 2019, 13:53 Azərbaycan təmsilçiləri Avroliqaya təyinat alıblar   21 İyul 2019, 13:42 Üç güləşçimiz EYOF-un finalında   21 İyul 2019, 13:31 Şəmkirdə dəhşətli qəza - Sürücünün qolu amputasiya edildi  21 İyul 2019, 13:20 “Qarabağ”ın ÇL-də növbəti oyun üçün - HEYƏTİ 21 İyul 2019, 13:09 Bərdə bazarında 12 mağaza yanıb - Sahibkarlara yarım milyon ziyan dəyib  21 İyul 2019, 12:55 Sabah 41 dərəcə isti olacaq- Nazirlik məlumat yaydı 21 İyul 2019, 12:45 İranda güclü zəlzələ olub 21 İyul 2019, 12:32 “Qəbələ” – “Dinamo” oyununun hakimləri bəlli oldu 21 İyul 2019, 12:23 Ukraynalılar Bakıda səs verir 21 İyul 2019, 12:14 Azərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad Rəhimov 21 İyul 2019, 12:05 Qayınananın SON ARZUSU 21 İyul 2019, 11:54 Bu şirkət 500 min avtomobilini geri çağırır - Yanğın təhlükəsinə görə 21 İyul 2019, 11:44 Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi - Narkotikə görə 21 İyul 2019, 11:34 Elza Seyidcahan deputat olmaq istəyir 21 İyul 2019, 11:23 Erməni əsgərin postda meyiti tapılıb   21 İyul 2019, 11:10 Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTO 21 İyul 2019, 10:59 Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO 21 İyul 2019, 10:48 Tələbə köçürülməsi üçün qeydiyyat başa çatdı 21 İyul 2019, 10:37 Merkelin gəlirləri açıqlandı 21 İyul 2019, 10:26 Yolu keçən piyadanı avtomobil vurub öldürdü 21 İyul 2019, 10:10 Ermənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDU 21 İyul 2019, 09:55 Bərdədə bir-birinə bitişik mağazalar yanıb 21 İyul 2019, 09:43 İnsanı ağıllı edən 3 sadə hobbi 21 İyul 2019, 09:34 Nazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdi   21 İyul 2019, 09:25 Teymur Rəcəbov beynəlxalq turnirdə növbəti dəfə heç-heçə edib 21 İyul 2019, 09:13 XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü - CƏDVƏL 21 İyul 2019, 09:00 Nəzarətsiz ərazidə çimən 9 nəfər xilas olundu 21 İyul 2019, 08:45 Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir   21 İyul 2019, 08:31 Türkiyə polisi 217 cinayətkarı saxladı 21 İyul 2019, 00:36 Polis gücləndirilmiş rejimə keçdi 21 İyul 2019, 00:16 Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır 21 İyul 2019, 00:03 Bakıda restoranda kütləvi dava: yaralılar var 20 İyul 2019, 23:46