Arxiv
25 İyun 2019, 16:50 | AKTUAL
ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib  

Azərbaycan Dillər Universitetində GUAM +B ölkələrinin 6-cı Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsi keçirilib. Müsabiqə beş dövlətin – Gürcüstan, Ukrayna, Moldova, Belarusiya və Azərbaycanın iştirakı ilə keçirilib. 

 

Modern.az xəbər verir ki, hər il Yapon Fondu tərəfindən dəstəklənən və keçirilməsi nəzərdə tutulan bu müsabiqə Azərbaycanda 2-ci dəfə keçirilir.

 

Universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla və Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Katori Teriyuki çıxış edərək, tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

 

Qeyd olunub ki, Yapon dili bacarığının inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulan müsabiqə ölkələrarası beynəlxalq əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyətə malikdir. 15 nəfər tələbənin qatıldığı bu yarışmada Azərbaycanı 4 nəfər tələbə təmsil edib ki, onların da 2 nəfəri ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin tələbələri Lalə Bağırova və İlahə Məmmədova olub.

 

Müsabiqənin 15 iştirakçısı içərisində ADU-nun  tələbələri natiqlik bacarığının yüksəkliyi ilə digər iştirakçılarından seçilib. Hər iki tələb yarışmaya çox ciddi hazırlaşıb və onların hər biri kürsünün ən yüksək yerlərinə layiq ola biləcək səviyyədə olublar. Lalə Bağırova 2-ci, İlahə Məmmədova isə 3-cü yerə layiq görülüb.

 

Müsabiqənin keçirilməsində ADU-nun Yaponiya Araşdırmalar Mərkəzinə müxtəlif təşkilatlar öz dəstək və köməyini göstəriblər. “İlk növbədə universitetimizin rəhbərliyinə, xüsusilə rektorumuz Kamal Abdullaya öz dərin təşəkkürümüzü bildiririk. Bundan başqa Yaponiyanın Azərbaycandakı səfirliyinə, ITOCHU Oil Exploration (Azerbaijan) Inc. şirkətinə, ISR AUTO Lexus Bakı və TEC International şirkətlərinə, eləcə də bizimlə əməkdaşlıq etmiş ADU Tələbə Həmkarlar İttifaqına, Soni Xidmət Mərkəzinə və Tokyo Elektrik Enerjisi Xidmətləri şirkətinə öz minnətdarlığımızı bildiririk”- deyə, tədbirdə qeyd olunub.

 

Sonda GUAM+B ölkələrinin 7-ci Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsinin Moldovada keçirilməsi yekdilliklə qəbul olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Əliyeva Vladimir Putinlə görüşdü - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34 Şah Mat Teatrından növbəti tamaşa 22 Noyabr 2019, 17:30 Fəxrəddin Abbasovun məhkəməsi başladı 22 Noyabr 2019, 17:27 Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23 Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub 22 Noyabr 2019, 17:22 Tələbələrin dərslərinin bir hissəsi muzeylərdə keçirilməlidir - Əbülfəs Qarayev 22 Noyabr 2019, 17:10 Qidalardan niyə zəhərlənirik? - “Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar”   22 Noyabr 2019, 17:05 Nazirliyin Mərdəkan MüalicəPansionatı istifadəyə verildi 22 Noyabr 2019, 17:03  “2020-ci ildə 100-ə qədər tələbənin xaricdə təhsili maliyyələşdiriləcək” 22 Noyabr 2019, 16:59 Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50 Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ 22 Noyabr 2019, 16:49 Yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM 22 Noyabr 2019, 16:38 Putin dekabrın 19-da növbəti mətbuat konfransı keçirəcək 22 Noyabr 2019, 16:33 Daha bir jurnalist bələdiyyə üzvlüyünə NAMİZƏD OLDU 22 Noyabr 2019, 16:30 Prezident Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrdı 22 Noyabr 2019, 16:29