Modern.az

Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ

Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ

25 İyun 2019, 17:41

“Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur”.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Departament 15 iyun 2019-cu il tarixindən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar şəhər sakinləri və qonaqların nəzərinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Rəsmi məlumata görə, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir