Arxiv
25 İyun 2019, 18:00 | AKTUAL
Hadi Rəcəbli: “O cür danışanları yerində otuzdurmalıyıq”

“Ağacan Abıyevi – 81 yaşında olan adamı təhqir edirlər,  anonim adamlar saxta profillər altında gizlənərək, söyürlər. Zeynəb Xanlarova haqqında gör nə qədər sözlər dedilər. Məgər belə cəmiyyət olar?

Mənim baxışım yox, dünyanın baxışı belədir ki,  millət vəkilləri nisbətən yaşlı, təcrübəli insanlar olmalıdır. Həm də millət vəkili olmaq üçün yaş senzi məsələsi qanunlarda yoxdur”.


Modern.az etikxeber.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Hadi Rəcəbli deyib.


Qeyd edək ki, bir müddət öncə mətbuatda və sosial şəbəkələrdə millət vəkillərinin yaş məsələsi ciddi müzakirə mövzusuna çevrilmiş, belə fikirlər səslənmişdi ki, onların artıq nəvə-nəticələri ilə məşğul olan vaxtlarıdır, siyasəti və qanun yaradıcılığını buraxmalıdırlar.


“80 yaşlı deputatlar sanballı, 70 yaşlı deputatlar gümrah adamlardı”


H.Rəcəbli də belə hesab edir ki, bu kimi iddiaların real əsası yoxdur:

“ABŞ-da deputatların orta yaşı Konqresdə nə qədərdir? Konqresdə əksəriyyət yaşlılardır. Digər dövlətlərdə də belədir, demək, dünyada qəbul olunub. Vaxtı ilə Roma imperiyasında, Qədim Yunan dövlətində məclislər vardı. O məclislər kimlərdən ibarət idi? Ağsaqqallardan, yaşlı adamlardan, Ağsaqqallar Məclisi deyərdilər. Niyə biz Milli Məclis deyirik? Yəni, o qrup insanların- ağsaqqalların, dünyanı görmüş insanların yığılıb, toplanıb qərar qəbul etdiyi yerdir Bu, dində də olub, başqa yerdə də olub. Kimi yığıb, kimlə məsləhət ediblər? Yaşlı adamları, ağsaqqal adamları. İndi öz aramızdır, nə edək parlamentə hamılıqla  20 yaşında olanlar gəlsin Milli Məclisə, onların düşüncəsi, dünyaya baxışı, emosiyaları var, bizdə isə emosiya bir az aşağıdır, daha çox düşüncə, təcrübə var. 


Özü də Azərbaycan parlamentində orta yaş dünyada mövcud olan orta yaşdan da aşağıdır. Dünyada orta yaş 60-65, Azərbaycan parlamentində hardasa 50-55-dir. Əlbəttə, mən də razıyam  ki, zaman-zaman orta yaş həddi aşağı olsun. Ancaq bizdə 80 yaşında deputatlarımız da var, sanballı adamlardırlar. 70 yaşında deputatlarımız var, maşallah gümrahdırlar. Səhərlər idman edirlər, Ziyad Səmədzadə kimi, Arif Rəhimzadə kimi. Bunların 80-ə yaxın yaşı var, ikisi də idman edir, hərəkət edirlər. Məni  sən bilirsən ki, hərəkətdə olan adamam, idman edirəm, hər gün yarım saat mənim idmanım var. Səhər tezdən mən idman edib işə gəlirəm. Yəni, xəstəxanada deyilik, sağ-salamat adamıq, işə də hamısından çox gəlirik, hamısından çox işləyirik.

Bu qədər gərginliyin qabağında 80 nəfəri qəbul eləmişdim keçən qəbulda. Bu gün azı 15 dənə ərizəyə, baxıb qol çəkdim. Səhər tezdən hərəkətdəyəm. Bura get, ora get, bu iclasdan, o tədbirdən, o tədbirdən, bu tədbirə. İndi bundan sonra hələ iki tədbirə gedəcəyəm. Yəni, biz yaş məsələsini qoyanda, əlbəttə,  ona etiraz eləmirik, zaman-zaman ola bilər Azərbaycan parlamentində bir az da balans dəyişsin. Hər çağırışda Azərbaycan parlamenti təxminən 40-50% dəyişir. Beş  çağırış olub, beşində də  bu qədər dəyişmə olub. Cəmi doqquz nəfər parlamentin beş çağırış seçilmiş deputatı var.  Onun biri də mənəm. Burada da  obyektiv və subyektiv səbəblər var. Ancaq təsəvvür edin ki, gör nə qədər təhqir, hörmətsizlik var ki, bu yaşda adamları da müzakirə edirlər.  Ağacan Abıyevi – 81 yaşında olan adamı təhqir edirlər,  anonim adamlar saxta profillər altında gizlənərək, söyürlər. Zeynəb Xanlarova haqqında gör nə qədər sözlər dedilər. Məgər belə cəmiyyət olar?".

“Bizdə 70 yaşdan yuxarı cəmi 15 deputat var, məgər, bu, fəlakətdir?”

“Biz deyirik, milli-mənəvi dəyərlər, amma çoxları bunları aşıb, keçir. Ona görə sosial şəbəkələrdə daha diqqətli olmalıyıq, daha etik normalara əməl eləməliyik. Fikirlərimizi ifadə etməliyik. Niyə söyüşlə ifadə edirik? Siz də öz fikrinizi deyin, biz də öz fikrimizi deyək. Bu sualı verdiniz mənə, mən də cavab verdim. Hər şey belə etik, əndazə çərçivəsində olmalıdır. Məsələn, ABŞ prezidenti  Trampın neçə yaşı var? 70-dən çoxdur. Onunla rəqib olan Hillari Klintonun  yaşı az deyildi.  Amma görün onlar 70 yaşında necə prezidentliyə gedirlər?!  Görürsüz, iri, inkişaf eləmiş dövlətlərdir,  biz onlara baxıb nə deyək?! Düzdür, məsələn, biz Ukraynanın prezidentinin yaşına baxırıq, bir az cavandır. Bizdə də vaxtıkən cavan gəlib prezident olub, hazırda işləyir, çalışır, dünyamiqyaslı liderdir. 


Biz də parlamentə gələndə cavan gəlmişdik, qırx  yaşlarında gəlmişdik. İndi görürsən yaşımızı. Yəni, bunlar hamısı o inkişafdandır. Odur ki, bu məsələyə bir az belə səthi baxmaq lazım deyil, bir az təmkinlə baxmaq lazımdır.  Bizim parlamentdə  bu il qırx yaşı tamam olan altı deputat var, qırx yaşları bu il tamam olub. Görürsüz, 40 yaş da var, ondan az da var. 50 yaş da var. Bizdə 70 yaşdan yuxarı cəmi 15 deputat var. 125 yerin 15-i 70 yaşdan yuxarıdır. Məgər, bu, fəlakətdir? Düşünürəm ki, biz ona çox da belə reaksiyaya verməməliyik və o cür danışanları da bir az yerində otuzdurmalıyıq”-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27 Prezident həmkarını təbrik edib 22 İyul 2019, 18:18 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO   22 İyul 2019, 18:09 “Nar” yarışma keçirdi 22 İyul 2019, 18:00 Lənkəranda tank əleyhinə mina aşkarlanıb - FOTO 22 İyul 2019, 17:50 "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır" - Ceyhun Bayramov 22 İyul 2019, 17:42