Modern.az

Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı

Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı

Aktual

25 İyun 2019, 18:00

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb. 

 

Modern.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 25-də bu barədə müvafiq qərar imzalayıb.

 

Qərara əsasən, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2019-cu il iyun ayının 28-də saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.

 

Sessiyanın müzakirəsinə 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları və Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi məsələləri daxildir. 

 

Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır